Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Digər » Müsahibə » “Yerindən duran oriental oynayır, bu rəqsin adı dilənçilikdir” – Rəqqasə Selena - FOTOLAR

Müsahibə / Cəmiyyət / Maqazin

“Yerindən duran oriental oynayır, bu rəqsin adı dilənçilikdir” – Rəqqasə Selena - FOTOLAR


“Maşının üstündə oynamaq səviyyəsizlikdir”, “Açıq-saçıq səhnələrə, porno filminə çəkilmək istəyirəm”- bu sözləri, Magazinews.Az-a açıqlamalarında özünü Azərbaycanın ən cəsarətli rəqqasəsi kimi təqdim edən Selena Guseinova deyib. 

Magazinews.Az rəqqasənin müsahibəsini təqdim edir:

Səni bir az yaxından tanıyaq..
”Rusiyada doğulub-böyümüşəm. Ata Azərbaycan, ana tərəfdən isə Ukraynadanam. 5 ildir ki, Azərbaycanda yaşayıram. Rəqslə bağlı müqavilə ilə gəlmişəm. Əsas Gürcüstanda çalışıram. Strip-plastika rəqsi Azərbaycanda olmadığı üçün məni dəvət ediblər.”

Bu işə ilk başlayanda ailəndən dəstək görmüsən? 
"Ata tərəfindən istəmirdilər. Ana tərəfdən isə dəstək idilər. Hazırda yanımdadır və arxamdadır."

Burada fəaliyyət göstərməyə qərar verməkdə çətinlik çəkmədin?
“Gürcüstan, Tailand, Rusiya və Türkiyədə çalışmışam. Bu rəqslə Azərbaycanda məşğul olan ilk mənəm. Bu rəqsi Azərbaycanda tanıtmaq istədim. Oriental rəqs burada daha çoxdur.”

Bu rəqsin burada qəbul olacağına inanırsan?
“İnanıram, çünki sifarişlərim çoxdu. Hər gün çağırırlar. Tanıtmağa başlamışam.”

Oriental rəqqasələrə insanlar rəqslərinə görə pul verirlər. Sizin rəqsdə necə olur?
"Bizim rəqsdə də var. Özümüzə yox, ofisiantlara verirlər. Onlar da bizə çatdırır."

İndiyə qədər ən çox qazandığın pul nə qədər olub?
"Bakıda 1500 dollar olub. Xarici ölkələrdə daha çox qazanc əldə etmişəm. Xaricdə strip-plastika rəqsinə sənət kimi daha çox dəyər verirlər. Azərbaycanda isə sifarişlərə 200 azn-ə gedirəm.”

Oriental rəqqasələrin masaya yaxınlaşmasını bəyənmədiyini dedin. Sizdə isə fərqlidi, təmasda olmursan..
"Tanış olmasa, rəqs zamanı yaxın ünsiyyətə icazə yoxdu. Bizi oynamağa mühafizəçilər aparırlar. Orientala xarici ölkələrdə çox pis baxırlar. Bəzi rəqqasələr incisə də, bu rəqsin adı dilənçilikdir. Gürcüstanda bu rəqsə belə ad veriblər."

Oriental rəqqasələrdən izlədiyin və bəyəndiklərin var?
“Düzünü desəm, heç birini bəyənmirəm. Mənə görə onlar oynaya bilmirlər.  Digər ölkələrin rəqqasələri ilə müqayisədə aşağı səviyyədədirlər. Yerindən duran bacaran da, bacarmayan da oriental oynayır. Mənim üçün rəqqasəlik yalandan rəqs paltarı geyinib rəqs etmək deyil. Cəsarət lazımdı. Azərbaycanda bəzi rəqqasələrə demək istəyirəm ki, bir az rəqsi öyrənsinlər. Efirlərə çıxıb yalandan çıxırlar. Qalmaqalla qabağa getmək boş şeylərdir. Əsas mənim kimi rəqs göstərməkdir. Mən heç birini izləmirəm. Təkcə Rəqqasə Aygün var. O, normal oynayır.”

Bu açıqlamalardan sonra rəqqasələrin qınağına tuş gəlməkdən çəkinmirsən?

"Onsuzda rəqqasələrin çoxu məni sevmir. Eşidirəm ki, haqqımda çox şey yazırlar, paylaşırlar. Vecimə də deyil."


Dünyada bu rəqslə məşğul olan kimləri bəyənirsən?
“Gürcüstanda Katrin adlı rəqqasə var. Onu çox bəyənirəm. Məndən də peşəkardır. Oriental rəqqasələrdən Türkiyədə Didəmi bəyənirəm.”

Xaricdən həmkarınla burada proqram etmək fikrin var?
“İstəyərəm. Bu rəqsə Azərbaycanda efirdə bağlı şəkildə oynamağa icazə var. Bu da mənlik deyil. Mənim rəqsim strip-plastikadı. Bu rəqslə Gürcüstanda bir çox efirlərə çıxmışam.”

Bu rəqslə məşğul olmaq istəyən gənclərə nə demək istəyərsən?
“Məktəb açmaq fikrim var. Bu rəqslə məşğul olmaq üçün mənə müraciət edənlər çoxdu. Hələki hazır deyiləm. 2019-cu ildə bu işlə professional məşğul olmağı düşünürəm. Azərbaycanda bu rəqslə məşğul olan rəqqasə olsa, ona dəstək olaram, ancaq olacağına inanmıram. Bacarmazlar. Cəsarət lazımdı. Kompleks olmamalıdır.”

Nude model kimi çəkilişlərin olub. Davam etmək fikrin var?
"Fəaliyyət göstərirəm. 2014-cü ildə qatılmışam, seçilmişəm də. Tam Açıq-saçıq (nude) şəkillərim var. Həmin şəkillər paylaşılıb. Mən də özümdə paylaşmışdım. Bu işə axıra kimi davam gedəcəm."

Bu çəkilişlərdə tərəf müqabilin olub?
"Bəli,oğlanla belə şəkillərim olub. Tək də var. Pornoya aid şəkillər idi. Bu yaxınlarda, hətta oğlan modellə belə bir çəkilişim olacaq."

Belə çəkilişlərə görə xarici saytlardan təkliflər olur? Onlarla çalışmaq fikrin var?
"Məni "Brazzers" saytından Kanadaya dəvət etmişdilər. Həm mən tərəfdən, həm ödəniş, həm də digər problemlərə görə alınmadı. Çəkindim.Yenidən təklif gəlsə, gedərəm. Heç bir problem yoxdu."


Tatuların çoxdur. İşinə görə, yoxsa öz istəyindi?
"İlk tatumu 12 yaşında elətdirmişəm. Həm hobbimdi, həm də işimlə bağlı. Bədənimə yaraşır. Davamı da gələcək. Çoxunun mənası seks simvollarıdır."

Açıq-saçıq geyinirsən. Tatularının insanların diqqətini cəlb etməyi sənə mane olur?
"İnsanlar qəribə baxır. Gündüzlər şəhərə çox çıxmıram. İdman üslubunda geyinirəm. Bəziləri deyir ki, türmədə yatıb çıxmısan. Xarici ölkədə olanda rahat oluram. Öz fikrim əsasdır. Rahatam. Əsas evdəkilər məni qəbul edib."

Tənqid və təhqirlərlə üzləşdiyin çox olur? Necə addım atırsan?
“Bu rəqsi burada qəbul edən də var, etməyən də. Tənqidlər çoxdur, amma alışacaqlar. Bununla menecerim məşğul olur. Həll edir. Mən boş verirəm.“

Açıq-saçıq filmə çəkilmək istədiyini açıqlamısan. Təklif gəlib?
“Bəli, açıq-saçıq səhnələrə, porno filminə çəkilmək istəyirəm. Kanada və Gürcüstandan təkliflər çox gəlib. Azərbaycandan hələki təklif yoxdu. Təklif olsa, qəbul edərəm. Heç bir kompleksim yoxdu.”

Belə filmə çəkilsən, şərtlərin nə olacaq? Qonarar önəmlidir?
“Rol alacağım tərəf müqabili önəmlidir. Mən çox məclislərə ödənişsiz gedirəm.”

Bu addımı atsan daha çox qınaqlara məruz qalmaqdan qorxmursan?
“Mən hazıram. Problem yoxdu.”

Şəhərin mərkəzində bu rəqsi nümayiş etdirmək fikrindəsən..
“İstəyirəm. Bunu reallaşdıracam. Bəziləri kimi metroda, orda-burda yox, şəhərin mərkəzində qeyri-adi şou göstərmək istəyirəm. Maşının üstündə oynamaq səviyyəsizlikdir.”

Reper Roşkanın klipində kifayət qədər açıq-saçıq səhnələrdə gördük səni. Tənqid çox oldu hər halda..
“Bəyənlər oldu, amma tənqidlər daha çox oldu. Bu kliplə Azərbaycanda daha da tanındım. Çəkildiyimə görə qonarar da almışdım.”

Bu klipdən sonra bənzər işlərə təkliflər çox gəlib?
“Çox olub. İşimlə bağlı tez-tez xarici ölkədə olduğuma görə alınmayıb. 

Müsahibələrinin birində ərəb vətəndaşından bahalı təklifinə yox dediyini açıqlamışdın. Necə təklif idi?
“Məni klubda rəqs edərkən görmüşdü. Külli miqdarda pul təklif etdi. Dubaya dəvət etdi. Mən razı olmadım. Mənim üçün pul sonuncu plandadı.”

Məşğul olduğun işə görə sponsor və sevgi təklifləri çox olur. Belə hallarda necə reaksiya verirsən?
“İnsanlarla xoş danışmağa çalışıram. Heç kimin qəlbinə dəymirəm. Belə statuslar çox paylaşıram. Bu təklifləri qəbul etmirəm. Qəbul etsəydim, indiyə çox zirvələrdə olardım. Mənə Azərbaycanda bu sahədə tanınmış insanlardan təkliflər çoxdu.”

Sevdiyin insana görə ayrı bir ölkədə hər şeydən vaz keçib bura gəldin, ailə qurdun. Yenidən sevsən, belə bir addım atarsan?
"Sevgi elə bir hissdir ki, hansı millətdən olmağına, harada qalmağına baxmır. Sevgiyə görə hər şeydən keçə bilərsən. Mən hər şeydən keçərəm, amma rəqsdən yox! Bu səbəbdən yaranan qısqanclığa görə ayrılıq oldu."

Yenidən sevsən, belə bir addım atarsan?
"Həyatı bilmək olmaz, ancaq düşünmürəm. Azərbaycanı çox sevirəm. Burada qalmaq, hər işimi qurmaq istəyirəm."

Ailənin dağılmasına sənətin səbəb oldu?
“Ailəli idim. Bəli, qısqanc idi. 13 yaşından bu sənətlə məşğulam. İlk dəfə oriental olaraq başlamışam. Sonra gördüm ki, hər rayondan gələn rəqqasəliyə başlayır. Ona görə bu rəqsi atdım. Digər rəqsi seçdim. Həyat yoldaşımla 2014-cü ildə tanış olduq. 2016-cı ildə evləndik. Tanınmış model Elçin Osmanovdur.”

Bu rəqsin gələcəkdə şəxsi həyatında problemlər yaşadacağından qorxmursan?
“Məni qəbul edən olduğum kimi qəbul etməlidir.”

Hə deməyin üçün qarşı tərəfdə hansı xüsusiyyətlər olmalıdır?
“Mən pul adamı deyiləm. Çox sadə insanam. Əsas insan olsun. Ən böyük arzum sarışın oğlan olmağıdır. Mən özüm də çox qısqancam. Orta səviyyədə qısqanclığı olsun. Sənətimi atan deyiləm. Qəbul etməlidir.”

Həqiqətən sevsən, şərt qoysa?
“Hələki hazır deyiləm. Gələcəkdə ola bilər. 35 yaşdan sonra fikirləşərəm. Bu yaşa qədər rəqslə məşğul olmaq istəyirəm. Hazırda 26 yaşım var. Özümdən yaşca böyüklərdən xoşum gəlmir. Yaşca balaca olan kişilərə məndə belə bir hobbi var. Bu həmişə olub. Ola bilsin, dəyişə bilərəm."

Magazinews.Az
Tural Hüseyn
Fotolar:Sübhan İsmayılov

Çəkilişə yaratdığı şəraitə görə “Pulse Karaoke & Lounge”-a təşəkkür edirik.