Valyuta məzənnəsi:
15:31 “Psix” bu həftəsonu Akademik Musiqili Teatrda... - VIDEO  |     15:04 Bakıda ağır qəza - Avtomobil şagirdi məktəbin önündə vurdu - VİDEO - YENİLƏNİB  |     14:22 “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün start götürəcək  |     14:10 Əli Əsədov Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti ilə görüşüb  |     13:31 Sevda brend alış-verişini paylaşdı  |     11:32 Xorvatiyanın sabiq prezidenti: “Minalar Azərbaycan və Xorvatiya üçün ortaq problemdir”  |     11:24 “YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  |     10:43 Milli Qurtuluş Günü ərəfəsində Musiqili Teatrının yaradıcı heyəti Gəncədə qastrol səfərində olacaq  |     09:19 "Space"in aparıcısı evləndi  |     22:08 Azərbaycanda sabiq vəzifəli şəxs həbs olunub - VİDEO  |     21:49 Naxçıvanda faydalı qazıntı yataqları ilk dəfə hərrac yolu ilə istismara veriləcək  |     17:48 Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparır  |     14:55 Bakıda havanı çirkləndirən zavodun rəhbəri cərimələndi  |     14:23 İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib - FOTO  |     12:51 Yarım milyonluq dələduzluq edən şəxsə cəza verildi  |     12:31 Fahriye Evcenin doğum günündən - Fotolar  |     11:14 Bakı metrosunda hansı yeniliklər olacaq? - Bakıxanov, Qaraçuxur, Yeni Günəşliyə... - RƏSMİ  |     10:35 Azərbaycanda tanınmış telejurnalistin intiharının qarşısı alındı  |     10:08 Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar - RƏSMİ  |     09:41 Əslində faydalı olan zərərli məhsullar - FOTO/SİYAHI  |    
CityNews.az » Əsas » AVRO-2024: Seçmə mərhələyə start verildi

Əsas / İdman

AVRO-2024: Seçmə mərhələyə start verildi


AVRO-2024-ün seçmə mərhələsinə start verilib.

İlk gündə C, H və J qruplarında ümumilikdə 8 matç keçirilib.

Gecənin oyununda İtaliya və İngiltərə yığmaları birincilərin meydanında üz-üzə gəliblər. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı ingilislər açıb. 13-cü dəqiqədə Deklan Rays fərqlənib. Harri Keyn 44-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə fərqi iki topa yüksəldib. Yığma komandada 54-cü qolunu vuran forvard bununla İngiltərə millisi tarixinin ən məhsuldar oyunçusu adına yiyələnib. İtalyanlar ikinci yarıda Matteo Retegi ilə fərqi azaltsalar da, daha artığına gücləri çatmayıb.

Portuqaliya millisi öz meydanında Lixtenşteynlə üz-üzə gəlib. Matç pireneylilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Joau Kanselu və Bernardu Silvanın hərəyə bir dəfə fərqləndiyi matçda portuqalların daha iki topuna Kriştianu Ronaldu imza atıb. Onun cərimə zərbəsindən vurduğu ikinci top xüsusilə gözəl alınıb.

Danimarka millisi öz meydanında Finlandiyanı 3:1 hesabı ilə məğlub edib. Komandanın hər üç qoluna 20 yaşlı Rasmus Hoylund imza atıb.

Gecənin yeganə qolsuz oyunu Slovakiyada baş tutub. Meydan sahibləri Lüksemburqun müqavimətini qırmağı bacarmayıb. /Oxu.az/

AVRO-2024