Valyuta məzənnəsi:
19:15 Şəhid Cəmil Həşimliyə həsr olunmuş "Vətən sağ olsun" filmi təqdim olundu  |     18:05 “Regionları unutmadıq” - Paster  |     15:31 “Psix” bu həftəsonu Akademik Musiqili Teatrda... - VIDEO  |     15:04 Bakıda ağır qəza - Avtomobil şagirdi məktəbin önündə vurdu - VİDEO - YENİLƏNİB  |     14:22 “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün start götürəcək  |     14:10 Əli Əsədov Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti ilə görüşüb  |     13:31 Sevda brend alış-verişini paylaşdı  |     11:32 Xorvatiyanın sabiq prezidenti: “Minalar Azərbaycan və Xorvatiya üçün ortaq problemdir”  |     11:24 “YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  |     10:43 Milli Qurtuluş Günü ərəfəsində Musiqili Teatrının yaradıcı heyəti Gəncədə qastrol səfərində olacaq  |     09:19 "Space"in aparıcısı evləndi  |     22:08 Azərbaycanda sabiq vəzifəli şəxs həbs olunub - VİDEO  |     21:49 Naxçıvanda faydalı qazıntı yataqları ilk dəfə hərrac yolu ilə istismara veriləcək  |     17:48 Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparır  |     14:55 Bakıda havanı çirkləndirən zavodun rəhbəri cərimələndi  |     14:23 İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib - FOTO  |     12:51 Yarım milyonluq dələduzluq edən şəxsə cəza verildi  |     12:31 Fahriye Evcenin doğum günündən - Fotolar  |     11:14 Bakı metrosunda hansı yeniliklər olacaq? - Bakıxanov, Qaraçuxur, Yeni Günəşliyə... - RƏSMİ  |     10:35 Azərbaycanda tanınmış telejurnalistin intiharının qarşısı alındı  |    
CityNews.az » Əsas » Azərbaycan Ordusu separatçıların qanunsuz fəaliyyətinə qarşı zəruri nəzarət tədbirləri həyata keçirib

Əsas / Ordu

Azərbaycan Ordusu separatçıların qanunsuz fəaliyyətinə qarşı zəruri nəzarət tədbirləri həyata keçirib


Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.

“Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib”, - məlumatda vurğulanır.