Valyuta məzənnəsi:
23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |    
CityNews.az » Əsas » Putin yenə “nüvə çantasına” əl atır - ŞƏRH

Əsas / Dünya

Putin yenə “nüvə çantasına” əl atır - ŞƏRH


Rusiya Prezidenti Vladimir Putin NATO və Ukrayna üzərində təhdidləri sıxlaşdırmaq üçün yenidən “nüvə çantasına” əl atır. Bu, Ukraynada müharibə başlayandan sonra silsilə nüvə təhdidlərinin bir qismini əhatə edir.

Putin şantajını bu dəfə Belarus amilindən istifadə edərək həyata keçirir, yəni Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdiriləcəyini açıqlayır. Qərara əsasən, həmin nüvə silahları iyulun 1-dək Belarus ərazisinə gətiriləcək.

Putinin mövqeyi Ukraynadakı müharibədə taktiki nəticələr əldə etmək hədəflərinə söykənir.

Yəni Putin NATO və Ukraynanı öz blefi altında boğub Rusiyanın döyüş meydanındakı irəliləyişi üçün açar qazanmaq istəyir.

Yox, söhbət ondan getmir ki, Putin Belarusa nüvə silahları yerləşdirəcək, məsələ ondadır ki, Rusiya həmin silahları döyüş meydanında tətbiq edəcəkmi?

Hesab etmək olar ki, Rusiya nüvə amilini sadəcə qorxutma aktı kimi qüvvədə saxlayır. Çünki Ukraynaya NATO tərəfindən tədarük edilən silah-sursatın həcminin artması Rusiyanın hərb meydanında üzləşdiyi taktiki uğursuzluqlar zolağını genişləndirə bilər.

Rusiya bir ilə yaxındır ki, sənaye şəhəri Baxmutu tutmaqda çətinlik çəkir və döyüşlər cəbhənin həmin istiqamətində Moskva üçün dalana dirənir.

Rusiya düşdüyü vakuumdan çıxmaq üçün Ukraynaya və onu himayə edən ölkələrə “Belarus ərazisindən yeni nüvə cəbhəsi açıram və gələcəkdə həmin silahları Ukraynaya ata bilərəm” deyir.  

Ancaq Putinin nəzəri olaraq hədəyə əl atması, Rusiyanın kütləvi qırğın silahlarının aurasını canlandırmaq üçün nəzərdə tutulmuş informasiya əməliyyatlarının tərkib hissəsi kimi nəzərə çarpır.

Həmin metod həm də Böyük Britaniyanın Ukraynaya tükənmiş uran sursatları göndərmək qərarına verilən reaksiyadır.

Yəni, Putin ən ciddi rəqibi Britaniyanı həmin qərarı geri çəkmək üçün təzyiq göstərir, lakin Londonun Moskvanın tələbləri qarşısında mövqeyindən daşınması gerçək görünmür.

Rusiya özü də nüvə silahlarının atışından çəkinir, ona görə ki, NATO-nun buna cavab olaraq hansı tədbir görəcəyini hesablaya bilmir.

Bu cür ehtiyatlı davranış qarşılıqlıdır, NATO özü də Rusiyanı nüvə silah atmaq həddinə çatdırmaqdan qaçır.

Deməli, mürəkkəb nüvə tənliklərinin partlayışla həlli Rusiyanın da, NATO-nun da qorxduğu son nöqtədir.

Beləliklə, gələ biləcəyimiz nəticə bu ola bilər ki, Rusiya Belarusa taktiki nüvə silahları yerləşdirsə belə, bunun nüvə müharibəsinə çevrilmək riski aşağı səviyyədədir.

Kremlin nüvə eskalasiyası ritorikası Qərb dövlətlərini Rusiya ilə danışıqlar aparmağa və Ukraynaya əlavə hərbi yardımı dayandırmağa məcbur etmək üçündür. /Oxu.az/

Aqşin Kərimov