Valyuta məzənnəsi:
20:21 Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     20:02 Ləmanın keçmiş əri ilə TOY GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     19:32 Kerimcan Durmazın yeni halı anasını ŞOKA SALDI - VİDEO  |     16:36 "Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO  |     16:20 Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib - FOTO  |     19:06 "Yatanda burnunuzu çıxardın" - VİDEO  |     18:33 Kəmalənin bu hərəkəti müzakirə səbəbi oldu - VİDEO  |     18:04 Təranənin kürəkəni: "Xanımım evdə uşaqlara baxsın, müğənni olmasın” - VİDEO  |     17:30 Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı - VİDEO  |     16:44 "Elnarə, səsin üçün ölərəm" - VİDEO  |     16:01 Xalq artistini görənlər TANIMADI - VİDEO  |     15:45 85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO  |     15:16 Azərbaycanlı aparıcı çəkilişdə QORXULU ANLAR YAŞADI - VİDEO  |     13:35 "Azərbaycan kişisinin əsas işi qadınına layiq olmaqdır" - VİDEO  |     12:49 "4 dəqiqəyə 7 min qazanıram" - VİDEO  |     11:52 Şəbnəm ilk dəfə döyülməsindən danışıb AĞLADI - VİDEO  |     10:36 "Heç bir plastik əməliyyat etdirməmişəm, mənə Jennifer Lopez deyirdilər" - VİDEO  |     10:11 "İki küpəgirən qarı" tamaşasının premyerası olacaq - FOTO  |     18:51 "Mənim üçün atam ölüb" - VİDEO  |     16:35 Bahar onunla foto çəkdirmək istəyən kişini BELƏ PƏRT ETDİ - VİDEO  |    
CityNews.az » Əsas » Rusiyadan Azərbaycana yeni reyslər açılır - CƏDVƏL

Əsas / Turizm

Rusiyadan Azərbaycana yeni reyslər açılır - CƏDVƏL


Rusiyanın “İrAero” aviaşirkəti Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə yeni reyslər açır.

Bu barədə aviaşirkətdən məlumat verilib.

Bildirilir ki, Novosibirskdən Bakıya uçuşlar həftədə iki dəfə - çərşənbə və cümə günləri, əks istiqamətdə isə çərşənbə və şənbə günləri həyata keçiriləcək.


Qeyd edək ki, Novosibirsk-Bakı marşrutu ilə ilk reys martın 31-nə planlaşdırılıb. Təyyarə Novosibirskdən saat 14:35-da yola düşəcək, Bakıya isə saat 16:15-də çatacaq. Uçuş müddəti 4 saat 40 dəqiqədir. Qayıdış reysi saat 01:35-də olacaq, təyyarə Novosibirskdə saat 08:40-da enəcək, uçuş müddəti 4 saat 05 dəqiqə olacaq. 


Bundan əlavə, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “İrAero”ya Omskdan Bakıya uçuşlar həyata keçirməyə icazə verib. Aviaşirkət həftədə üç dəfə Azərbaycanın paytaxtına uçuşlar həyata keçirməyi planlaşdırır.

Xatırladaq ki, 2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.