Valyuta məzənnəsi:
12:00 Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident və birinci xanım iştirak ediblər  |     11:19 Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”  |     16:04 “Bəs, nə oldu?” deyirdiniz...  |     22:27 Məşhur müğənni qayınanası və qayınatasını ÜZƏ ÇIXARDI - FOTO  |     20:49 Premyer Liqa: "Səbail" - "Sabah" 4 qol vuruldu  |     18:16 Ülvira bu verilişlə qayıdır  |     15:06 Dünyanın ən gözəl müsəlman qadını seçildi - FOTOlar  |     12:31 Taksi sürücüsünün videosunu paylaşan müğənnini hansı cəza gözləyir?  |     10:20 500 milyonluq mirasını xeyriyyə təşkilatına bağışlayacaq  |     22:54 "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi  |     22:30 Putin orduya çağırışla bağlı fərman imzaladı  |     22:10 Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO  |     15:20 UEFA "Qarabağ"ın kapitanını təbrik etdi - FOTO  |     11:06 Bu tarixdə toyu olacaq - FOTO  |     09:20 Namiq Qaraçuxurlu ƏSƏBİLƏŞDİ: "Şərəfsizlikdir" - FOTO  |     08:35 “CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin Qala gecəsi anşlaqla keçirildi  |     23:15 Qənirə Paşayevanın son müsahibəsi - VİDEO  |     22:10 Qənirə Paşayevanın dəfn yeri açıqlandı  |     20:35 Qənirə Paşayeva vəfat etdi  |     20:15 ATB-nin İsrail Nümayəndəliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib  |    
CityNews.az » Əsas » ​İPL: “Mançester Siti” və “Arsenal”dan böyük hesablı qələbə, “Çelsi” uduzdu -YENİLƏNİB + VİDEO

Əsas / İdman

​İPL: “Mançester Siti” və “Arsenal”dan böyük hesablı qələbə, “Çelsi” uduzdu -YENİLƏNİB + VİDEO


İngiltərə Premyer Liqasının XXIX turunun daha bir oyunu keçirilib.

“Çelsi” öz meydanında “Aston Villa”ya uduzub - 0:2.

Qonaqların qollarını Olli Uotkins və Con Makgin vurublar. “Aston Villa” xalını 41-ə çatdıraraq 9-cu pilləyə yüksəlib. “Çelsi” 38 xalla 11-cidir.

VIDEO https://baku.tv/dunyaa/celsi-oz-meydaninda-uduzdu

20:04

İngiltərə Premyer Liqasında (İPL) XXIX turun oyunları keçirilir.

Lider “Arsenal” “Lids”i qəbul edib. Matç “topçular”ın qələbəsi ilə başa çatıb - 4:1.

“Arsenal”ın heyətində Qabriel Jezuş dubl edib, digər qolları Ben Vayt və Qranit Caka vurublar.

“Lids”in təsəlli topuna Rasmus Kristensen imza atıb. 29 oyunda 72 xal toplayan “Arsenal” vahid liderdir və ən yaxın izləyicisi "Mançester Siti"ni 8 xal üstələyir. “Lids” isə 26 xalla 17-cidir.

VIDEO https://baku.tv/dunyaa/arsenal-da-boyuk-hesabli-qelebe

17:52

İngiltərə Premyer Liqasında (İPL) XXIX tura start verilib.

Çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” öz meydanında “Liverpul”u qəbul edib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 17-ci dəqiqədə Məhəmməd Salahla “Liverpul” açıb. Lakin “şəhərlilər” bunun əvəzini artıqlaması ilə çıxıblar. Fasiləyə qədər Yulian Alvares hesabı bərabərləşdirib. İkinci hissədə isə Kevin De Brüyne, İlkay Gündoğan və Cek Qrilliş “Mançester Siti”yə qələbə qazandıran qolları vurublar.

28 matçda 64 xal toplayan “Mançester Siti” İPL-in turnir cədvəlində ikinci pillədədir. Komanda lider “Arsenal”dan 5 xal geri qalır. “Liverpul” isə 27 matçda topladığı 42 xalla altıncı yerdədir. /Oxu.az/

VIDEO https://baku.tv/cemiyyet/mancester-siti-liverpul-a-boyuk-hesabla-qalib-geldi-78071