Valyuta məzənnəsi:
23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |    
CityNews.az » Əsas » AQTA kolbasa və sosis məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb - SİYAHI

Əsas / Cəmiyyət

AQTA kolbasa və sosis məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb - SİYAHI


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosis məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb.

AQTA tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.

Bununla əlaqədar, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosis məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosis olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.

6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosis) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, biri sosis) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosis) etiket məlumatları ilə bağlıdır.

Nəzarət tədbirləri zamanı, həmçinin “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosis məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.

Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.

Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosis məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin “1003” Çağrı Mərkəzinə məlumat versinlər.

Uyğunsuzluq aşkarlanan kolbasa-sosis məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:


Multimonitorinq Planının icrası məqsədilə kolbasa və sosis məhsullarından götürülmüş nümunələrdə aşkarlanan uyğunsuzluqlara dair MƏLUMAT

Məhsulun istehsalçısı

Məhsulun əmtəə nişanı

Məhsulun növü

İstehsal tarixi

Aşkarlanan uyğunsuzluq

1

"Səhliyalı" Kiçik Müəssisəsi

"Səhliyalı"

yarım hisə verilmiş "Servelat" kolbasası

10.02.2023

Üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb

2

Rəhimovların Ailə Təsərrüfatı

"Kəndli"

bişirilmiş hisə verilmiş kolbasa

22.02.2023

Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb

3

"Sevilən Ad" MMC

"Dilim-Dilim"

bişmiş "Lyubitelskaya" kolbasası

21.02.2023

Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb

4

"Əsl Dad"

bişmiş "Toyuq" kolbasası

10.02.2023

5

"Əsl Dad"

bişmiş "Doktorskaya" kolbasası

20.02.2023

6

"Mir 2016" MMC

"Köhnə Dad"

yarım hisə verilmiş "Servelat" kolbasası

04.02.2023

Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

7

"M&T" Ltd firması

"Sevimli Dad"

əla növ südlü sosis

05.02.2023

Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

8

"Səhliyalı" Kiçik Müəssisəsi

"Halal 5+"

"Sacüstü" halal sosis

04.02.2023

Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

9

"Ovçular Ət və Ət Məhsulları" MMC

"Ovçular"

"Külləmə" halal sosis

17.02.2023

Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb