Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub - ADLAR

Əsas / Ordu

Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub - ADLAR


Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.