İPL: “Mançester Siti” və “Arsenal”dan böyük hesablı qələbə, “Çelsi” uduzdu -YENİLƏNİB + VİDEO
...
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
İlk oyun günündə iki qarşılaşma baş tutub.
Gecənin ən maraqla gözlənilən matçı İngiltərədə keçirilib. “Mançester Siti” öz meydanında Almaniya “Bavariya”sı ilə münasibətlərinə aydınlıq gətirib. Matç “şəhərlilər”in böyükhesablı qələbəsi ilə başa çatıb. Rodrinin uzaq məsafədən gözəl zərbə ilə hesabı açdığı matçda İngiltərə təmsilçisinin digər qollarını Bernardu Silva və Erlinq Holand vurublar.
VIDEO https://baku.tv/dunyaa/mancester-siti-bavariya-ya-boyuk-hesabla-qalib-geldi
Digər görüş isə Portuqaliyada olub. Lissabonda “Benfika” İtaliyanın “İnter” klubu ilə qarşılaşıb. Matç “nerazzuri”nin “quru” hesablı qələbəsi ilə başa çatıb - 2:0. “İnter”in qollarını Nikolo Barella və penaltidən Romelu Lukaku vurublar.
VIDEO https://baku.tv/dunyaa/inter-benfika-dan-guclu-oldu