Valyuta məzənnəsi:
17:18 “Qəbələ”, yoxsa “Zirə”?  |     15:01 Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir  |     14:41 “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı  |     13:38 İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər  |     13:26 Nigarın dekolteli geyimi GÖZ OXŞADI - VİDEO  |     13:11 Vüqar Kərəmov azadlığa buraxıldı  |     13:03 Prezident Allahverən İsmayılovu təltif etdi  |     12:08 Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO  |     11:07 0:4 hesabı ilə uduzan yığmamızın futbolçusu: “Qələbə də qazana bilərdik”  |     10:43 Samir Abasov “Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək  |     09:56 Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO  |     09:31 “Panathinaikos”da Fatih Terim qərarı  |     20:43 Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO  |     20:33 Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO  |     20:05 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – FOTO  |     20:02 Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO  |     19:10 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     18:50 Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO  |     17:44 Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO  |     17:20 Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO  |    
CityNews.az » Əsas » Məhkəmə Bakıda generalın evindən oğurluq edənlərlə bağlı qərar verdi

Əsas / Kriminal

Məhkəmə Bakıda generalın evindən oğurluq edənlərlə bağlı qərar verdi


Bakı Apellyasiya Məhkəməsində mənzildən 282 min manatlıq oğurluq etməkdə təqsirləndirilən Murad Allahverdiyev və Uveys Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesin yekununda M.Allahverdiyevə 8 il, U.Məmmədova isə 7 il həbs cəzası verilib.

İstintaqda qeyd edilib ki, iş üzrə zərərçəkən şəxs 2014-cü ilədək daxili işlər nazirinin müavini olmuş polis generalı Əsgər Ələkbərovun kürəkənidir. Hadisə onun qızının evində baş verib. Zərərçəkmiş şəxs 31 dekabr və 2 yanvar tarixləri arasında bayramla əlaqədar ailəsi ilə birgə istirahətdə olarkən naməlum şəxslər tərəfindən mənzilindən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları və sairə olan seyf oğurlanıb. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov qısa müddət sonra saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

İş üzrə dəymiş zərər 282 min manat olub. Oğurlanan seyfdə çoxsaylı bahalı qızıl-zinət əşyası, 1800 manat dəyərində qızıl döş nişanı, “Nikolayın onluq qızılları”, “Atatürkün onluq qızıl pulu” və digər xüsusilə dəyərli əşyalar olub.

Məhkəmədə cinayətin təşkilatçısı olan Murad Allahverdiyev bildirib ki, həmin evi oğurluq üçün əvvəlcədən müəyyənləşdirib və 60-70 kiloqram çəkisi olan seyfi Uveysin köməkliyi ilə maşına yükləyib aparıblar. O, seyfi açdıqdan sonra onu Bakı-Quba yolunun kənarında yerləşən Yaşma qəsəbəsindəki su kanalına atıb.

Qeyd edək ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.