Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » Nurit Qringer: “Ermənistanın vandalizmi ağlasığmazdır”

Əsas / Siyasət / Mədəniyyət

Nurit Qringer: “Ermənistanın vandalizmi ağlasığmazdır”


“Ermənistan işğal altında saxladığı əraziləri tamamilə xarabalığa çevrilmiş, dağıdılmış, sözün əsl mənasında sıfırdan bərpa edilməli olan bölgəyə çevirib”.

Bunu “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında həmin şəhərdə səfərdə olan Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer bildirib.

“Ermənistanın vandalizmi ağlasığmazdır. Bu ərazilərdə minalara qarşı xəbərdarlıqların çox olması, eyni zamanda, minalar səbəbindən istədiyiniz əraziyə getmək imkanının olmaması ciddi narahatlıq doğurur. Minalara görə bu ərazilərdə gəzmək çox təhlükəlidir”, - deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistan iddia edirdi ki, guya bu torpaqlarda ölkə quracaq:

“Amma burada ölkə quruculuğuna dair heç nə görmədim. Əksinə, bu ərazilərdə dağıntıların, mədəni-dini irsə hörmətsizliyin şahidi oldum”.

N.Qringer əlavə edib ki, Azərbaycan hökumətinin bu ərazilərdə hava limanlarının tikintisi daxil olmaqla, qısa müddətdə bərpa və tikinti işləri ilə bağlı göstərdiyi səylər onda dərin təəssürat yaradıb.