Valyuta məzənnəsi:
19:15 Şəhid Cəmil Həşimliyə həsr olunmuş "Vətən sağ olsun" filmi təqdim olundu  |     18:05 “Regionları unutmadıq” - Paster  |     15:31 “Psix” bu həftəsonu Akademik Musiqili Teatrda... - VIDEO  |     15:04 Bakıda ağır qəza - Avtomobil şagirdi məktəbin önündə vurdu - VİDEO - YENİLƏNİB  |     14:22 “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün start götürəcək  |     14:10 Əli Əsədov Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti ilə görüşüb  |     13:31 Sevda brend alış-verişini paylaşdı  |     11:32 Xorvatiyanın sabiq prezidenti: “Minalar Azərbaycan və Xorvatiya üçün ortaq problemdir”  |     11:24 “YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  |     10:43 Milli Qurtuluş Günü ərəfəsində Musiqili Teatrının yaradıcı heyəti Gəncədə qastrol səfərində olacaq  |     09:19 "Space"in aparıcısı evləndi  |     22:08 Azərbaycanda sabiq vəzifəli şəxs həbs olunub - VİDEO  |     21:49 Naxçıvanda faydalı qazıntı yataqları ilk dəfə hərrac yolu ilə istismara veriləcək  |     17:48 Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparır  |     14:55 Bakıda havanı çirkləndirən zavodun rəhbəri cərimələndi  |     14:23 İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib - FOTO  |     12:51 Yarım milyonluq dələduzluq edən şəxsə cəza verildi  |     12:31 Fahriye Evcenin doğum günündən - Fotolar  |     11:14 Bakı metrosunda hansı yeniliklər olacaq? - Bakıxanov, Qaraçuxur, Yeni Günəşliyə... - RƏSMİ  |     10:35 Azərbaycanda tanınmış telejurnalistin intiharının qarşısı alındı  |    
CityNews.az » Əsas » 45 milyon manatlıq ziyan necə ödəniləcək? - “PAŞA Sığorta” açıqladı

Əsas / Texnologiya

45 milyon manatlıq ziyan necə ödəniləcək? - “PAŞA Sığorta” açıqladı


Kosmik tullantı və ya meteorit ilə toqquşduğu ehtimal edilən və sıradan çıxan "Azersky" peyki ilə bağlı dəyən ziyan "PAŞA Sığorta" şirkəti tərəfindən qarşılanacaq.


Bu barədə “Qafqazinfo”ya sığorta şirkətindən bildirilib.

Qeyd edilib ki, peykin sığorta risklərinin böyük hissəsi beynəlxalq təkrarsığorta şirkətinə ötürülüb. 

Artıq dəyən ziyanın ödənilməsi ilə təkrarsığorta şirkəti ilə razılıq əldə olunub. 45 milyon manat həcmində zərər ötürülən risklərin nisbətinə görə həm "PAŞA Sığorta", həm də xarici təkrarsığorta şirkəti arasında bölüşdürüləcək. 

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) “PAŞA Sığorta” ilə ötən ilin sonunda "Azersky” peykinin sığortalanması ilə bağlı bir illik müqavilə bağlayıb.

Müqavilənin dəyəri isə 517 900 manat təşkil edib.