Valyuta məzənnəsi:
12:00 Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident və birinci xanım iştirak ediblər  |     11:19 Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”  |     16:04 “Bəs, nə oldu?” deyirdiniz...  |     22:27 Məşhur müğənni qayınanası və qayınatasını ÜZƏ ÇIXARDI - FOTO  |     20:49 Premyer Liqa: "Səbail" - "Sabah" 4 qol vuruldu  |     18:16 Ülvira bu verilişlə qayıdır  |     15:06 Dünyanın ən gözəl müsəlman qadını seçildi - FOTOlar  |     12:31 Taksi sürücüsünün videosunu paylaşan müğənnini hansı cəza gözləyir?  |     10:20 500 milyonluq mirasını xeyriyyə təşkilatına bağışlayacaq  |     22:54 "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi  |     22:30 Putin orduya çağırışla bağlı fərman imzaladı  |     22:10 Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO  |     15:20 UEFA "Qarabağ"ın kapitanını təbrik etdi - FOTO  |     11:06 Bu tarixdə toyu olacaq - FOTO  |     09:20 Namiq Qaraçuxurlu ƏSƏBİLƏŞDİ: "Şərəfsizlikdir" - FOTO  |     08:35 “CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin Qala gecəsi anşlaqla keçirildi  |     23:15 Qənirə Paşayevanın son müsahibəsi - VİDEO  |     22:10 Qənirə Paşayevanın dəfn yeri açıqlandı  |     20:35 Qənirə Paşayeva vəfat etdi  |     20:15 ATB-nin İsrail Nümayəndəliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib  |    
CityNews.az » Əsas » Premyer Liqa: Derbini "Qarabağ" qazanıb, "Neftçi" bürünc medalı təmin edib

Əsas / İdman

Premyer Liqa: Derbini "Qarabağ" qazanıb, "Neftçi" bürünc medalı təmin edib


Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Əzəli rəqiblər "Neftçi" ilə "Qarabağ" birincilərin meydanında üz-üzə gəliblər.

Qarşılaşma çempionatın lideri olan Ağdam klubunun 4:2 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanovun yetirmələri erkən qollarla önə keçiblər. 10-cu dəqiqədə Ramil Şeydayev, 16-cı dəqiqədə isə Leandro Andrade adını tabloya yazdırıb. Bu azmış kimi, ev sahibləri 31-ci dəqiqədə meydanda azlıqda qalıblar. Vojislav Stankoviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

10 nəfərlə çıxış etməsinə baxmayaraq, "Neftçi" fasiləyə qədər qollardan birinin əvəzini çıxıb. Mateus Saldanya komandasını ümidləndirən topun müəllifi olub. Ancaq braziliyalı hücumçu 54-cü dəqiqədə bu dəfə topu öz qapısından keçirərək, avtoqola imza atıb.

"Ağ-qaralar" yenə təslim olmayıblar. 64-cü dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirərək, fərqi yenidən minimuma endirib. Amma bu da qarşılaşmada son qol olmayıb. 80-ci dəqiqədə Abdullah Zubir rəqibi cəzalandırıb.

Nəticədə 2:4 hesabı ilə məğlub olan "Neftçi"nin sona 4 tur qalmış mövsümü bürünc medalla başa vuracağı rəsmiləşib.

61 xalla üçüncü pillədə qərarlaşan bakılılar üçün ikinci sıradakı "Sabah" artıq əlçatmazdır. Lider "Qarabağ" isə xallarının sayını 81-ə yüksəldib.

Qeyd edək ki, turun bundan əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"i (1:0), "Turan Tovuz" "Zirə"ni (3:1) səfərdə, "Sabah" "Şamaxı"nı (1:0), "Qəbələ" isə "Səbail"i (4:2) evdə məğlub edib. /Report/