Valyuta məzənnəsi:
20:43 Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO  |     20:33 Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO  |     20:05 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – FOTO  |     20:02 Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO  |     19:10 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     18:50 Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO  |     17:44 Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO  |     17:20 Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO  |     16:48 Daha bir prospektdə velosiped yolu salınır  |     16:34 Prezident: Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik  |     16:28 İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib  |     16:01 Şəbnəm vəfat edən prodüserinin məzarı başında GÖZ YAŞI TÖKDÜ - VİDEO  |     22:31 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli oldu  |     20:44 Könül Kərimovanın oğlu ailə quracağı xanımdan DANIŞDI - VİDEO  |     20:35 Anaxanım İsmayılova erməni rəqibini məğlub edib  |     19:53 Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO  |     19:28 İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə!  |     19:15 Millimizdən iki pilləlik irəliləyiş  |     18:08 Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq  |     17:55 Birinci sinfə qəbulda bu halda imtina verilə bilər  |    
CityNews.az » Əsas » İƏT-in nümayəndə heyəti “ASAN xidmət”də

Əsas / Cəmiyyət

İƏT-in nümayəndə heyəti “ASAN xidmət”də


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İslam Əmək Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüd Selçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


CITYNEWS.AZ xəbır verir ki, görüş çərçivəsində nümayəndə heyətinə “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.


Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.


Görüşdə dövlət xidmətlərinin göstərilməsi, sosial innovasiyalar sahəsində təlim layihələri ilə bağlı gələcək əməkdaşlıq perspektivləri ilə əlaqədar müzakirələr aparılıb. Dövlət Agentliyinin sədri ASAN İnnovativ İnkişaf Mərkəzində dövlət və özəl təşkilatların nümayəndələrinə keçirilən təlimlər barədə qarşı tərəfi məlumatlandırıb.


Zəhra Zümrüd Selçuk Dövlət Agentliyinin müxtəlif sahələr üzrə genişmiqyaslı fəaliyyətini yüksək qiymətləndirərək “ASAN xidmət” təcrübəsinin üzv ölkələrlə paylaşılmasına dəstək verməyə hazır olduqlarını qeyd edib və bu istiqamətdə Anlaşma Memorandumunun imzalanması təklifi ilə çıxış edib.


Nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin, “Bilim Bakı” mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə yaxından tanış olub.