Valyuta məzənnəsi:
19:15 Şəhid Cəmil Həşimliyə həsr olunmuş "Vətən sağ olsun" filmi təqdim olundu  |     18:05 “Regionları unutmadıq” - Paster  |     15:31 “Psix” bu həftəsonu Akademik Musiqili Teatrda... - VIDEO  |     15:04 Bakıda ağır qəza - Avtomobil şagirdi məktəbin önündə vurdu - VİDEO - YENİLƏNİB  |     14:22 “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün start götürəcək  |     14:10 Əli Əsədov Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti ilə görüşüb  |     13:31 Sevda brend alış-verişini paylaşdı  |     11:32 Xorvatiyanın sabiq prezidenti: “Minalar Azərbaycan və Xorvatiya üçün ortaq problemdir”  |     11:24 “YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  |     10:43 Milli Qurtuluş Günü ərəfəsində Musiqili Teatrının yaradıcı heyəti Gəncədə qastrol səfərində olacaq  |     09:19 "Space"in aparıcısı evləndi  |     22:08 Azərbaycanda sabiq vəzifəli şəxs həbs olunub - VİDEO  |     21:49 Naxçıvanda faydalı qazıntı yataqları ilk dəfə hərrac yolu ilə istismara veriləcək  |     17:48 Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparır  |     14:55 Bakıda havanı çirkləndirən zavodun rəhbəri cərimələndi  |     14:23 İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib - FOTO  |     12:51 Yarım milyonluq dələduzluq edən şəxsə cəza verildi  |     12:31 Fahriye Evcenin doğum günündən - Fotolar  |     11:14 Bakı metrosunda hansı yeniliklər olacaq? - Bakıxanov, Qaraçuxur, Yeni Günəşliyə... - RƏSMİ  |     10:35 Azərbaycanda tanınmış telejurnalistin intiharının qarşısı alındı  |    
CityNews.az » Əsas » Azərbaycan ilə Avstriya arasında birbaşa aviareyslərə start verilib - FOTO

Əsas / Turizm

Azərbaycan ilə Avstriya arasında birbaşa aviareyslərə start verilib - FOTO


Mayın 2-də Vyana Beynəlxalq Hava Limanında Bakı-Vyana-Bakı marşrutu üzrə ilk uçuş həyata keçirən təyyarənin təntənəli qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi və Vyana Beynəlxalq Hava Limanının təşkilatçılığı ilə keçirilən mərasimdə AZAL-a məxsus təyyarə eniş zolağında ənənəvi su şırnağı ilə qarşılanıb, Bakıdan yüksəkvəzifəli rəsmi qonaqların iştirakı ilə təyyarə önündə rəmzi lent kəsilib, daha sonra mərasim media nümayəndələrinin də iştirak etdiyi rəsmi hissə ilə davam edib.

Rəsmi hissədə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, “Azərbaycan Hava Yolları” QSC-nin icraçı direktorunun müavini Cəmil Manizadə və Vyana Beynəlxalq Hava Limanının baş icraçı direktoru Yulian Yaqer çıxış ediblər.

Çıxışlar zamanı bildirilib ki, son 30 il ərzində Azərbaycan ilə Avstriya arasında əlaqələr qarşılıqlı anlaşma və dostluq əsasında davamlı şəkildə inkişaf edir. Paytaxt şəhərlər arasında birbaşa aviareysin açılması Azərbaycan-Avstriya münasibətlərində mühüm mərhələ olmaqla yanaşı, ölkələr arasında turizm axınını gücləndirəcək, siyasi dialoqun inkişafı, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsinə töhfə verəcək. Avropa ilə Asiyanın kəsişmə nöqtəsində strateji mövqeyə malik Azərbaycanın Avropanın mərkəzində yerləşən Avstriya ilə hava körpüsü rolunu oynayan bu bağlantı, eyni zamanda, nəqliyyat və bağlılıq sahəsində əməkdaşlığın dərinləşməsinə imkan yaradacaq. Həmçinin qeyd edilib ki, yay mövsümü başlamadan uçuşlara start verilməsi hər iki ölkənin turizm potensialından səmərəli şəkildə istifadəsinə meydan açacaq.

Qeyd edilməlidir ki, AZAL tərəfindən birbaşa müntəzəm reyslər hər həftənin çərşənbə axşamı və cümə günləri səhər saatlarında həyata keçiriləcək. Reyslər Bakı ilə Vyana arasında sürətli və rahat uçuşu təmin edəcək.