Valyuta məzənnəsi:
22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |     11:01 Xanımı Rəşadı Nigarın bu sözünə QISQANDI - VİDEO  |     10:49 Rəsmi Bakıdan Fransaya cavab  |     10:43 Aytən Səfərovanın ərindən ilk açıqlama  |     10:20 İlham Əliyev Kayrat Sarıbayı qəbul edib  |     10:18 "Şou-biznesin özüyəm" - VİDEO  |     09:00 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli oldu  |     08:25 Hadı Rəcəbli vəfat etdi  |     20:34 Damla şəxsi təyyarə alıb? - VİDEO  |     20:28 "Beşiktaş" yeni başq məşqçisini tapdı: 78 yaşı var  |     19:20 Qurban Qurbanov Roberto de Dzerbini keçdi  |    
CityNews.az » Əsas » Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub - FOTO

Əsas / Ordu

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub - FOTO


Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub. 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Bu gün düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə Ağstafa rayon sakinidir. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü O.Novruzəlizadə rayonun Vurğun qəsəbəsinin sakini olub.

Şəhidimiz subay olub.

Qeyd edək ki, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.