Valyuta məzənnəsi:
17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |     23:30 "Qarabağ" Azərbaycan Kubokunun finalında!  |     17:18 “Qəbələ”, yoxsa “Zirə”?  |     15:01 Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir  |     14:41 “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı  |     13:38 İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər  |     13:26 Nigarın dekolteli geyimi GÖZ OXŞADI - VİDEO  |     13:11 Vüqar Kərəmov azadlığa buraxıldı  |    
CityNews.az » Əsas » Yaralanan əsgərimiz əməliyyat olundu: Vəziyyəti ağırdır

Əsas / Ordu

Yaralanan əsgərimiz əməliyyat olundu: Vəziyyəti ağırdır


Mayın 10-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində başından ağır güllə yarası alan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Müslüm Mahmudlu hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunur.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, dünən hərbçimiz əməliyyat olunub.

Əməliyyat normal keçsə də, hərbçimizin vəziyyəti hələ də ağırdır. Hazırda o, reanimasiya şöbəsindədir.

Qeyd edək ki, mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədiblər.


Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.

Təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub.