Valyuta məzənnəsi:
20:29 Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     20:04 Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO  |     17:23 Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - FOTO/VIDEO  |     16:35 Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |    
CityNews.az » Əsas » Türkiyədə prezident seçkisinin ikinci turu: Qayda necədir? - İZAH

Əsas / Siyasət / Dünya

Türkiyədə prezident seçkisinin ikinci turu: Qayda necədir? - İZAH


Türkiyədə keçirilən prezident seçkisinin nəticələrinin yekunu elan olunmayıb. Ancaq seçki nəticələrinin ikinci tura qalacağı ehtimalları çoxdur.

Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkidə öndə olsa da, o, lazım olan baryeri (50%+1 səs) hələ aşmayıb.

Onun rəqibi Kemal Kılıçdaroğlu isə səs fərqi və faizi ilə geridədir, lakin bu da hələ onu məğlub etmir. İndi əsas diqqət digər namizəd Sinan Oğandadır. İkinci tura gedilərsə, onun mövqeyi və seçdiyi tərəf seçkinin nəticələrini həll edəcək.

Beləcə, seçkinin ikinci turunda ən çox səs qazanan iki namizəd yarışır. Bu turda ən çox səs alan namizəd Türkiyənin 13-cü prezidenti seçiləcək.

İkinci turda seçicilər, birinci turda olduğu kimi, səs verdikləri sandıqlarda təkrar səs verirlər. İkinci turda birinci turda səs verməyən vətəndaşlar da səs vermək hüququna sahibdirlər.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, əgər ikinci turda iştirak haqqı qazanan namizədlərdən biri ölərsə və seçilmək hüququnu itirərsə, onda vəziyyət bir qədər dəyişir.

Onda ikinci tur birinci səsvermədə sıraya uyğun olaraq vakant namizədin dəyişdirilməsi ilə keçirilir.

İkinci tura tək namizədlə gedilirsə, bu zaman səsvermə referendum şəklində təşkil edilir, yəni seçicilər “hə”, ya “yox” seçimini edirlər.