Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Əsas » Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olub

Əsas / Cəmiyyət

Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olub


 18 may 2023-cü il tarixində Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılış mərasimi baş tutub.



CITYNEWS Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.

Öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib,  önünə gül dəstəsi qoyulub.

Tədbirdə məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə yaradılıb.

Naxçıvan “ASAN xidmət” mərkəzi isə ümumilikdə, Respublika üzrə 26-cı mərkəzdir.

 Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb. 2023-cü ilin may ayında tikintisi başa çatdırılıb.

“ASAN xidmət” mərkəzində videomüşahidə, görüntüləmə və videonövbə sistemləri, 2 ədəd lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma, istilik sistemi, generator və UPS quraşdırılıb.

“ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri 7 ünvanında inşa edilib. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan 465 min vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.

Əməkdaşların ümumi sayı 228 , könüllülərin sayı 45 nəfər nəzərdə tutulur:

İstirahət: Mərkəzin daxilində vətəndaşların istirahəti üçün “ASAN kafe” nəzərdə tutulub.

Avtodayanacaq: “ASAN xidmət” mərkəzinin ərazisində 50 avtomobil üçün parklama yeri yaradılıb.