Valyuta məzənnəsi:
20:43 Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO  |     20:33 Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO  |     20:05 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – FOTO  |     20:02 Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO  |     19:10 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     18:50 Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO  |     17:44 Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO  |     17:20 Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO  |     16:48 Daha bir prospektdə velosiped yolu salınır  |     16:34 Prezident: Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik  |     16:28 İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib  |     16:01 Şəbnəm vəfat edən prodüserinin məzarı başında GÖZ YAŞI TÖKDÜ - VİDEO  |     22:31 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli oldu  |     20:44 Könül Kərimovanın oğlu ailə quracağı xanımdan DANIŞDI - VİDEO  |     20:35 Anaxanım İsmayılova erməni rəqibini məğlub edib  |     19:53 Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO  |     19:28 İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə!  |     19:15 Millimizdən iki pilləlik irəliləyiş  |     18:08 Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq  |     17:55 Birinci sinfə qəbulda bu halda imtina verilə bilər  |    
CityNews.az » Əsas » Konfrans Liqasında finalçılar bəlli oldular - YENİLƏNİB + VİDEO

Əsas / İdman

Konfrans Liqasında finalçılar bəlli oldular - YENİLƏNİB + VİDEO


UEFA Konfrans Liqasında ikinci finalçı “Fiorentina” olub.

İtaliya təmsilçisi yarımfinalın cavab oyununda İsveçrədə “Bazel”i məğlub etməklə həlledici oyuna vəsiqə qazanıb.

Qarşılaşmanın əsas vaxtı florensiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda isveçrəlilər eyni hesabla qalib gəldiyindən əlavə vaxta ehtiyac yaranıb. Burada daha bir dəfə fərqlənən “bənövşəyilər” yekunda 3:1, iki oyunun cəmində 4:3 üstün olaraq finala çıxıblar.

“Fiorentina” həlledici görüşdə İngiltərə “Vest Hem”i ilə qarşılaşacaq. İyunun 7-də keçiriləcək final oyunu Çexiyanın paytaxtı Praqadakı “Fortuna Arena”da təşkil olunacaq.

VIDEO https://baku.tv/dunyaa/fiorentina-3-qolla-finalda

01:02

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

İlk finalçı İngiltərənin “Vest Hem” klubu olub.

London təmsilçisi buna yarımfinalın cavab oyununda Niderlandda “AZ Alkmaar”ı məğlub etməklə (1:0) nail olub. Yeganə qolu 90+4-cü dəqiqədə Pablo Fornals vurub.

VIDEO https://baku.tv/dunyaa/vest-hem-konfrans-liqasinin-finalinda

İlk görüşdə 2:1 üstün olan ingilislər finala yüksəliblər.

Həlledici oyuna digər vəsiqə İsveçrədə sahibini tapacaq. İtaliyada 2:1 hesabı ilə “Fiorentina”ya qalib gələn “Bazel” ev oyununda eyni hesabla uduzduğundan əlavə vaxta ehtiyac yaranıb. /Oxu.az/