Valyuta məzənnəsi:
16:50 CinemaPlus-da rok musiqiçisi Murat Gögebakanın həyatından bəhs edən film - VIDEO  |     22:10 Trampın filmindən ilk kadrlar FOTOlar  |     21:15 AZƏRTAC-ın əməkdaşı bu ölkəyə buraxılmadı - SƏBƏB  |     20:25 XİN-dən Cozep Borrellə CAVAB  |     19:13 Premyer Liqada ilk ayrılıq  |     18:51 “Onsuz da Zaur, Xoşqədəm insanları ağladır, səhərin gözü açılmamış...”  |     16:34 İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib - FOTO  |     15:50 Bu yolda sürət həddi endirildi  |     14:02 Prezident energetika ilə bağlı qanunu təsdiqlədi  |     14:00 UEFA “Qarabağ”la oyunda baş verənlərə görə “Olimpiya”nın şikayətini rədd etdi  |     13:20 Şahmatçılar Vüqar Həşimovu ziyarət edəcək  |     12:15 "Qalatasaray"ın məşhur futbolçusu Hadise ilə eşq yaşayırmış - FOTO  |     11:14 Dövlət Agentliyinin sədri ASAN könüllüləri ilə görüşüb - FOTO  |     22:05 Bu yığma Azərbaycanla qarşılaşmaq istəmir  |     21:45 "Qarabağ" dan böyükhesablı qələbə  |     21:10 Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB  |     18:45 Xoşqədəm: “Baləli, məni əsəbləşdirmə, səni elə itirərəm ki,..."  |     16:55 Ərdoğanın müavini Azərbaycanda səfərdədir  |     16:30 Karate üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO  |     14:57 AVARÇƏKƏNİMİZ DAHA BİR NÜFUZLU YARIŞDA QALİB OLDU  |    
CityNews.az » Əsas » Naxçıvan “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

Əsas / Cəmiyyət

Naxçıvan “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı


Naxçıvan “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.


CITYNEWS.AZ xəbər verir ki, 22 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional  “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Naxçıvan “ASAN xidmət” mərkəzi ümumilikdə, Respublika üzrə 26-cı mərkəzdir.

 Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb. 2023-cü ilin may ayında tikintisi başa çatdırılıb.

“ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri 7 ünvanında inşa edilib. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan 465 min vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.

Əməkdaşların ümumi sayı 228 , könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.

Mərkəzin daxilində vətəndaşların istirahəti üçün “ASAN kafe” nəzərdə tutulub.

“ASAN xidmət” mərkəzinin ərazisində həmçinin 50 avtomobil üçün parklama yeri yaradılıb.

Xatırladaq ki, 18 may 2023-cü il tarixində Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılış mərasimi baş tutub.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.