İlham Əliyev Bakıda beynəlxalq konfransda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türk Evinə edilən hücuma münasibət bildirib.
"Citynews" Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan hücum edən şəxsi terrorçu adlandırıb.
Türkiyə Prezidenti ABŞ hakimiyyətini təcili olaraq hücumçunu tapmağa çağırıb.
“Amerika hakimiyyəti, təhlükəsizlik qüvvələri terrorçunu təcili tapmalıdırlar. Onlar tələb olunanı etməlidirlər. Türkiyədə belə bir hadisəyə özləri necə baxardılar?”, - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evinə hücum edilib. Naməlum bir şəxs əlində dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb. Şəhər polisi hadisə ilə bağlı araşdırma aparır.
Qeyd olunur ki, Türk Evində ölkədəki prezident seçkilərinin ikinci turu ilə bağlı seçki məntəqəsi də fəaliyyət göstərir.