Valyuta məzənnəsi:
15:31 “Psix” bu həftəsonu Akademik Musiqili Teatrda... - VIDEO  |     15:04 Bakıda ağır qəza - Avtomobil şagirdi məktəbin önündə vurdu - VİDEO - YENİLƏNİB  |     14:22 “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün start götürəcək  |     14:10 Əli Əsədov Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti ilə görüşüb  |     13:31 Sevda brend alış-verişini paylaşdı  |     11:32 Xorvatiyanın sabiq prezidenti: “Minalar Azərbaycan və Xorvatiya üçün ortaq problemdir”  |     11:24 “YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  |     10:43 Milli Qurtuluş Günü ərəfəsində Musiqili Teatrının yaradıcı heyəti Gəncədə qastrol səfərində olacaq  |     09:19 "Space"in aparıcısı evləndi  |     22:08 Azərbaycanda sabiq vəzifəli şəxs həbs olunub - VİDEO  |     21:49 Naxçıvanda faydalı qazıntı yataqları ilk dəfə hərrac yolu ilə istismara veriləcək  |     17:48 Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparır  |     14:55 Bakıda havanı çirkləndirən zavodun rəhbəri cərimələndi  |     14:23 İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib - FOTO  |     12:51 Yarım milyonluq dələduzluq edən şəxsə cəza verildi  |     12:31 Fahriye Evcenin doğum günündən - Fotolar  |     11:14 Bakı metrosunda hansı yeniliklər olacaq? - Bakıxanov, Qaraçuxur, Yeni Günəşliyə... - RƏSMİ  |     10:35 Azərbaycanda tanınmış telejurnalistin intiharının qarşısı alındı  |     10:08 Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar - RƏSMİ  |     09:41 Əslində faydalı olan zərərli məhsullar - FOTO/SİYAHI  |    
CityNews.az » Əsas » Azərbaycanda küçüklərlə analarının gözü qarşısında kobud rəftar edən şəxs tapıldı - VİDEO

Əsas / Cəmiyyət

Azərbaycanda küçüklərlə analarının gözü qarşısında kobud rəftar edən şəxs tapıldı - VİDEO


Azərbaycanda küçüklərə qarşı amansız rəftar edən şəxs müəyyən olunub. 

Hadisə Biləsuvar rayonunda baş verib. 

Həmin şəxs rayon sakini İsmayıl Şəmizadədir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, itin balaları ilə kobud rəftar edən şəxs artıq müəyyən olunub:

“Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, bu cür hal baş verdikdə İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsi üzrə protokol tərtib edilir və həmin şəxs 500 manat məbləğində cərimələnir. 


Xatırladaq ki, ötən gün Azərbaycanda küçüklərə qarşı amansız rəftarın görüntüləri yayılıb. 

Görüntülərdə əlində çubuq olan şəxs yeni balalayan itin gözləri qarşısında onun balaları ilə kobud rəftar edir.  

Heyvana qarşı bu cür dəhşətli münasibət sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub. /Oxu.az/


VIDEO LINK https://baku.tv/dunyaa/yeni-dogulan-it-balalari-analarinin-gozu-qarsisinda-cubuqla-doydu-video