Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Əsas » “Qarabağ” ilk yay transferini reallaşdırıb

Əsas / İdman

“Qarabağ” ilk yay transferini reallaşdırıb


“Qarabağ” ilk yay transferini reallaşdırıb.


Ağdam klubu “Zirə” ilə müqaviləsi başa çatacaq Hamidu Keyta ilə anlaşıb.

Tərəflər iki illik sözləşməni razılaşdırıblar. Mövsüm başa çatdıqdan sonra münasibətlər rəsmiləşdiriləcək.

Keçən ilin yanvarından “Zirə”də oynayan Hamidu Keyta Qurban Qurbanovun bəyəndiyi futbolçulardandır. Mütəxəssisin dəvəti ilə fransalı vinger “atlılar”ın martda “Qalatasaray”a qarşı xeyriyyə oyunu üçün heyətə cəlb edilmişdi.


Maraqlıdır ki, “Qarabağ” son illərdə daxili bazarda əcnəbi oyunçu transfer etmirdi. Komanda son olaraq, beş il əvvəl “Qəbələ”dən Filip Ozobiçi heyətinə qatıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasında 32 oyunda səkkiz qol vurub, 11 məhsuldar ötürmə edib. /ozu.az/