Valyuta məzənnəsi:
18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |     23:30 "Qarabağ" Azərbaycan Kubokunun finalında!  |     18:10 Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur - FOTO  |     17:18 “Qəbələ”, yoxsa “Zirə”?  |     15:01 Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir  |     14:41 “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı  |     13:38 İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər  |    
CityNews.az » Əsas » Prezident Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub - FOTO

Əsas / Siyasət

Prezident Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.


Məlumat verildi ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. İyun ayından artıq keramik məhsullar fabriki fəaliyyətə başlayacaq. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili də nəzərdə tutulub.