Valyuta məzənnəsi:
19:06 "Yatanda burnunuzu çıxardın" - VİDEO  |     18:33 Kəmalənin bu hərəkəti müzakirə səbəbi oldu - VİDEO  |     18:04 Təranənin kürəkəni: "Xanımım evdə uşaqlara baxsın, müğənni olmasın” - VİDEO  |     17:30 Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı - VİDEO  |     16:44 "Elnarə, səsin üçün ölərəm" - VİDEO  |     16:01 Xalq artistini görənlər TANIMADI - VİDEO  |     15:45 85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO  |     15:16 Azərbaycanlı aparıcı çəkilişdə QORXULU ANLAR YAŞADI - VİDEO  |     13:35 "Azərbaycan kişisinin əsas işi qadınına layiq olmaqdır" - VİDEO  |     12:49 "4 dəqiqəyə 7 min qazanıram" - VİDEO  |     11:52 Şəbnəm ilk dəfə döyülməsindən danışıb AĞLADI - VİDEO  |     10:36 "Heç bir plastik əməliyyat etdirməmişəm, mənə Jennifer Lopez deyirdilər" - VİDEO  |     10:11 "İki küpəgirən qarı" tamaşasının premyerası olacaq - FOTO  |     18:51 "Mənim üçün atam ölüb" - VİDEO  |     16:35 Bahar onunla foto çəkdirmək istəyən kişini BELƏ PƏRT ETDİ - VİDEO  |     14:15 Dubaya köçən Afaq da TİKTOKA QOŞULDU - VİDEO  |     13:16 Tacir şalvarını ələ salanların CAVABINI VERDİ - VİDEO  |     11:24 "Rüfətlə şəkil çəkdirmirəm, adamı QUCAQLAYIR" - VİDEO  |     10:35 "İnterneti çıxardan yox olsun" - VİDEO  |     09:33 "Mən axtarışda olan qadın olmamışam" - VİDEO  |    
CityNews.az » Əsas » Tanınmış modeli vəhşicəsinə döyən kimdir? - FOTO/VİDEO

Əsas / Kriminal / Maqazin / Dəb

Tanınmış modeli vəhşicəsinə döyən kimdir? - FOTO/VİDEO


"Softline Azərbaycan" şirkətində direktor vəzifəsində çalışan Ziya Hüseynzadə sevgilisi tanınmış aparıcı, model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Razi Əliyevaya şiddət tətbiq edib, onu şantaj edib.


Yenicag.Az-ın verdiyi xəbərə görə, bu barədə model "Instagram" hesabında paylaşım edib.

Məlumata görə, hörmətli iş adamı sayılan, bu günə qədər iqtisadi sahədə müxtəlif yüksək vəzifələrdə çalışan Ziya Hüseynzadə şiddətə meyilli biri olub.

O, hətta evli olduğu halda sevgilisi Razi Əliyevaya 3 dəfə evlilik təklifi edib.

Bundan başqa, o, sevgilisinə şiddət tətbiq edib, döyüb, qapını bağlayaraq evdən çıxmasına qadağa qoyub, hətta onun şəkillərini öz telefonuna köçürərək şantaj edib.

Modelin Ziya Hüseynzadə ilə bağlı paylaşımını təqdim edirik:

"Adsız bir nömrədən gələn ismarışa görə məni döyürdü. Gedib aydınlaşdırırdı, məlum olurdu ki, günahkar deyiləm və üzr istəyirdi. Telefonumu əlimdən alırdı və hamı ilə mənim adımdan yazışırdı ki, kiminləsə danışıb-danışmadığımı öyrənsin, eyni zamanda, bu gün üçün material hazırlayırdı. Sonra isə hər şeyi silirdi ki, görməyim. Bütün şəkillərimi özünə göndərirdi ki, sonra məni şantaj etsin. Məni evdə bağlayırdı ki, ondan qaça bilməyim. Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi, sonra duşa aparıb bütün qanı və öz izlərini yuyurdu. O məni hər şeyə görə döyürdü. Mən isə ondan qaça bilmirdim. Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək. O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı. Və əgər mənim, anamın və yaxınlarımın başına nəsə gəlsə, bilin ki, bunun günahkarı odur".


Yenicag.az Ziya Hüseynzadənin bu günə qədər təhsil aldığı və çalışdığı sahələri təqdim edir:


Qeyd edək ki, Ziya Hüseynzadə "PKF Audit Azerbaijan" ın (PKF Audit Consulting) rəhbəri vəzifəsində olarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq bir neçə ağır cinayət törətməkdə ittiham olunub.