Valyuta məzənnəsi:
20:29 Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     20:04 Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO  |     17:23 Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - FOTO/VIDEO  |     16:35 Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |    
CityNews.az » Cəmiyyət » Röyanın səhnə şousu və Aygünə atdığı söz

Cəmiyyət / Maqazin

Röyanın səhnə şousu və Aygünə atdığı söz


14 fevral sevgililər günü münasibətilə paytaxtın dəvdəbəli klublarının birində Əməkdar artistlər Röya Ayxan və Miri Yusifin “İlk dəfə” adlı konserti baş tutub.

Magazinews.Az xəbər verir ki, konsert iki hissədən ibarət olub. Konsert proqramının özəl gündə keçirilməsi marağı daha da artırıb. Müğənnilərin göstərdikləri performanslar isə gecəyə damğa vurub.

İlk olaraq, Röya Ayxan səhnəyə çıxıb. O, sevilərin hitlərini bir-birinin ardınca sıralayıb. Daha sonra Miri Yusif də səhnəyə çıxaraq ona qoşulub. Onlar birlikdə səsləndirdikləri duetləri konsert izləyicilərinin coşqusunu daha da artırıb.Röya konsert boyu tamaşaçıları ilə səmimi ünsiyyət qurub, onlarla zarafatlar edib. Sənətçinin sinə dekolteli geyimi diqqət çəkib.

Bundan başqa, Əməkdar artistin söylədikləri ilə Xalq artisti Aygün Kazımovaya vurğu vurub:
“Burada çıxışım əslində “Cristall Hall”-un hazırlığıdır. Mən orada çıxışım "Röyavision" olacaq. Daha məni səhnədə divanın üstünə çıxmayacam, yaxud rəqassların məni göydə atıb-tutduğunu görməyəcəksiniz. Elə yuxarıdan ağzı üstə düşəcəm yerə(gülür)”

Qeyd edək ki, Kazımova "Crystal hall" konsertində divan üstündə uzanıb, rəqqaslarla səhnədə şou göstərib və kəndirlə yuxarıya qalxaraq, mahnı səsləndirib.

Daha sonra Miri Yusif çıxışına solo şəklində davam edib. Səhnəni ona təhvil verən Röya Ayxan tamaşaçılarla sağollaşıb.

Qeyd edək ki, səhnədə çıxışı zamanı Miri Yusif növbəti 3 günlük yay konsertinin anonsunu verməklə sevənlərini müjdələyib. “Boom Group”un təşkilatçılığı ilə keçirilən konsertə 3 min tamaşaçı gəlib.


Tural Hüseyn
Foto:Sübhan İsmayılov