Valyuta məzənnəsi:
22:13 Rusiya Paşinyanı devirmək istəyir, ya yox? - Maraqlı detallar  |     21:08 "iPhone 15" Azərbaycanda - Təəccübləndirən qiymətlər  |     20:45 Ferhat Göçer Bakıda “Qarabağ Azərbaycandır” dedi - FOTO  |     20:05 Van Dammın azərbaycanlı gəlinindən yeni paylaşım  |     19:51 Serxio Ramos La Liqanın tarixinə düşdü  |     17:30 Xoşqədəm efirə qayıdacağı günü açıqladı  |     14:16 Kamil ata oldu - Foto  |     12:26 “YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  |     11:56 Messi oynamaq arzusunda olduğu klubun adını açıqlayıb  |     23:42 Mask türkcə bilən işçi axtarır - Gündəlik maaş...  |     21:15 Ceyhun Bayramov BMT-də Sergey Lavrovla görüşüb  |     20:31 Azərbaycanı həmişəlik tərk edən müğənni: "İndi yazacaqlar ki..." - FOTO  |     14:35 Taekvondoçularımızdan dünya Qran Prisində 3 medal  |     11:25 Reperin keçmiş xanımının aylıq xərci gündəm oldu  |     11:10 Konfrans Liqası: “Fənərbağça” qalib gəldi, “Beşiktaş” heç-heçə etdi - VİDEO  |     10:54 "Bizə nə Qarabağ, nə də Qarabağ erməniləri lazım deyil" - Calavyan  |     10:50 Özündən 42 yaş kiçik xanımla evlənir  |     10:23 Elçin Şıxlını təhqir edən “TikTok” istifadəçisi cəzalandırıldı  |     08:35 Voleybolçu qız və oğlanlardan ibarət U-18 yığmamız EEVZA-nın çempionatında iştirak edəcək  |     23:53 Şəhid olduğu bildirilən XTQ zabiti sağdır – Görün hardan tapıldı - FOTO  |    
CityNews.az » Əsas » "Get, əlini anana qaldır"

Əsas / Maqazin

"Get, əlini anana qaldır"


"Belələrini polislə yola salanda insan o qədər rahat olur. Sonra beləsinə deyirsən ki, küçəyə atdım səni və dərindən nəfəs alıb gülürsən. Təcrübə danışır".


Bu sözləri Əməkdar artist Nigar Şabanova instaqramda paylaşıb. O, həyat yoldaşın boşanmamaq üçün təhdid edən kişinin videosunu izləyiciləriylə bölüşərək bu sözləri qeyd edib:

"Xanımlar, ürəkli olun, qorxmayın. Zibilin yeri küçədir, atın getsin, evi iyləndirməyin. Qadına qalxan əli, edilən hədə-qorxunu qanun bilir nə edir. Hər şeyə dözün, eybi yox, deyin, nəyinsə xətrinədir.

Amma zorakılığa əsla, rədd edin, çəkinməyin. İnanın, zamanla özünüzdə hüzur tapacaqsınız ki, beləsini "leş" kimi küçəyə atdın. Edin və çəkinməyin. Böyük təcrübə. Baxırsan ki, polisin qarşısında gedir, üzün gülür ki, haradadır bəs güclü qolun? Get, əlini anana qaldır. Kişi ata-anasından nə görürsə, xanımına da onu yaşadır. Eləsi var ki, polus çağırıb küçəyə "leş" kimi atırsan, o an evdən vedrə, şampun, döşəmə taxtası aparmaq yadına düşür".

Qeyd edək ki, Nigar hərbçi həyat yoldaşından ötən il ayrılıb. /Olay/