İlham Əliyev Bakıda beynəlxalq konfransda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
...
“Milan”ın futbolçusu Zlatan İbrahimoviç karyerasını başa vurub.
“Verona” ilə görüşdən sonra isveçli hücumçunun azarkeşlərlə vida mərasimi keçirilib.
Əvvəlcə “San-Siro” stadionunun tablosunda onun oyunlarından yaddaqalan anları əks etdirən videogörüntü təqdim edilib.
Daha sonra futbolçular İbrahimoviçə çempionluq dəhlizi açıblar. Ardınca hücumçuya klubun bütün futbolçularının imzası olan xatirə köynəyi verilib.
O, vida mərasimində göz yaşlarını saxlaya bilməyib. /qafqazinfo/