Valyuta məzənnəsi:
22:13 Rusiya Paşinyanı devirmək istəyir, ya yox? - Maraqlı detallar  |     21:08 "iPhone 15" Azərbaycanda - Təəccübləndirən qiymətlər  |     20:45 Ferhat Göçer Bakıda “Qarabağ Azərbaycandır” dedi - FOTO  |     20:05 Van Dammın azərbaycanlı gəlinindən yeni paylaşım  |     19:51 Serxio Ramos La Liqanın tarixinə düşdü  |     17:30 Xoşqədəm efirə qayıdacağı günü açıqladı  |     14:16 Kamil ata oldu - Foto  |     12:26 “YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  |     11:56 Messi oynamaq arzusunda olduğu klubun adını açıqlayıb  |     23:42 Mask türkcə bilən işçi axtarır - Gündəlik maaş...  |     21:15 Ceyhun Bayramov BMT-də Sergey Lavrovla görüşüb  |     20:31 Azərbaycanı həmişəlik tərk edən müğənni: "İndi yazacaqlar ki..." - FOTO  |     14:35 Taekvondoçularımızdan dünya Qran Prisində 3 medal  |     11:25 Reperin keçmiş xanımının aylıq xərci gündəm oldu  |     11:10 Konfrans Liqası: “Fənərbağça” qalib gəldi, “Beşiktaş” heç-heçə etdi - VİDEO  |     10:54 "Bizə nə Qarabağ, nə də Qarabağ erməniləri lazım deyil" - Calavyan  |     10:50 Özündən 42 yaş kiçik xanımla evlənir  |     10:23 Elçin Şıxlını təhqir edən “TikTok” istifadəçisi cəzalandırıldı  |     08:35 Voleybolçu qız və oğlanlardan ibarət U-18 yığmamız EEVZA-nın çempionatında iştirak edəcək  |     23:53 Şəhid olduğu bildirilən XTQ zabiti sağdır – Görün hardan tapıldı - FOTO  |    
CityNews.az » Əsas » Yarım milyonluq dələduzluq edən şəxsə cəza verildi

Əsas / Kriminal

Yarım milyonluq dələduzluq edən şəxsə cəza verildi


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbasəli Mayılovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Abbasəli Mayılov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə şəxsə qarşı dələduzluq edib.


O, həmin şəxslərə özünü işgüzar şəxs kimi göstərib uğurlu biznes fəaliyyəti ilə məşğul olmasına inandıraraq Sumqayıt şəhərində avtosalon icarəyə götürüb. Həmin avtosalonda isə Almaniya və Gürcüstandan gətirəcəyi avtomobilləri satıb əldə olunan qazancın yarısını onunla bölüşəcəyi barədə yalan vəd verib.

Abbasəli Mayılov bu yolla zərərçəkmişlərin ümumilikdə 450 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.