Valyuta məzənnəsi:
22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |     11:01 Xanımı Rəşadı Nigarın bu sözünə QISQANDI - VİDEO  |     10:49 Rəsmi Bakıdan Fransaya cavab  |     10:43 Aytən Səfərovanın ərindən ilk açıqlama  |     10:20 İlham Əliyev Kayrat Sarıbayı qəbul edib  |     10:18 "Şou-biznesin özüyəm" - VİDEO  |     09:00 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli oldu  |     08:25 Hadı Rəcəbli vəfat etdi  |     20:34 Damla şəxsi təyyarə alıb? - VİDEO  |     20:28 "Beşiktaş" yeni başq məşqçisini tapdı: 78 yaşı var  |     19:20 Qurban Qurbanov Roberto de Dzerbini keçdi  |    
CityNews.az » Əsas » Xorvatiyanın sabiq prezidenti: “Minalar Azərbaycan və Xorvatiya üçün ortaq problemdir”

Əsas / Siyasət / Ordu

Xorvatiyanın sabiq prezidenti: “Minalar Azərbaycan və Xorvatiya üçün ortaq problemdir”


Minalar Azərbaycan və Xorvatiya üçün ortaq problemdir.


“Trend”in məlumatına görə, bu barədə Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda bu gün keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

“Azərbaycan bu zamana qədər minatəmizləmə sayəsində doğru addımlar atıb. Xorvatiya da bu sahədə öz təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda tədbir keçirilir.


Tədbirdə 30-a qədər sabiq dövlət və hökumət başçısı iştirak edir.

Beynəlxalq tədbir çərçivəsində keçiriləcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.

İki gün davam edəcək tədbirin ilk günü Şuşada, növbəti günü Gəncədə baş tutacaq.