Valyuta məzənnəsi:
22:13 Rusiya Paşinyanı devirmək istəyir, ya yox? - Maraqlı detallar  |     21:08 "iPhone 15" Azərbaycanda - Təəccübləndirən qiymətlər  |     20:45 Ferhat Göçer Bakıda “Qarabağ Azərbaycandır” dedi - FOTO  |     20:05 Van Dammın azərbaycanlı gəlinindən yeni paylaşım  |     19:51 Serxio Ramos La Liqanın tarixinə düşdü  |     17:30 Xoşqədəm efirə qayıdacağı günü açıqladı  |     14:16 Kamil ata oldu - Foto  |     12:26 “YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  |     11:56 Messi oynamaq arzusunda olduğu klubun adını açıqlayıb  |     23:42 Mask türkcə bilən işçi axtarır - Gündəlik maaş...  |     21:15 Ceyhun Bayramov BMT-də Sergey Lavrovla görüşüb  |     20:31 Azərbaycanı həmişəlik tərk edən müğənni: "İndi yazacaqlar ki..." - FOTO  |     14:35 Taekvondoçularımızdan dünya Qran Prisində 3 medal  |     11:25 Reperin keçmiş xanımının aylıq xərci gündəm oldu  |     11:10 Konfrans Liqası: “Fənərbağça” qalib gəldi, “Beşiktaş” heç-heçə etdi - VİDEO  |     10:54 "Bizə nə Qarabağ, nə də Qarabağ erməniləri lazım deyil" - Calavyan  |     10:50 Özündən 42 yaş kiçik xanımla evlənir  |     10:23 Elçin Şıxlını təhqir edən “TikTok” istifadəçisi cəzalandırıldı  |     08:35 Voleybolçu qız və oğlanlardan ibarət U-18 yığmamız EEVZA-nın çempionatında iştirak edəcək  |     23:53 Şəhid olduğu bildirilən XTQ zabiti sağdır – Görün hardan tapıldı - FOTO  |    
CityNews.az » Əsas » “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün start götürəcək

Əsas / İdman

“Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün start götürəcək


Azərbaycan Velosiped Federasiyasının (AVF) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün başlayacaq.


Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli turnirə Veloparkda start veriləcək.

Velosipedçilər ilk mərhələdə Lökbatan dairəsindən, Bakı Kənar Dairəvi yoldan və Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün stasionar postundan Bakı-Şamaxı-Yevlax avtomobil yoluna keçərək birinci tura Şamaxı rayonunda yerləşən “Shamakhi Palace Sharadil” hotel kompleksinin qarşısında yekun vuracaqlar.


Qeyd edək ki, iyunun 11-dək davam edəcək turnirdə dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparacaq. Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək. /Oxu.az/