Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » ÇELİKİN BAKI KONSERTİNDƏ NƏLƏR YAŞANDI? - FOTO+VIDEO

Əsas / Maqazin

ÇELİKİN BAKI KONSERTİNDƏ NƏLƏR YAŞANDI? - FOTO+VIDEO


"İlk dəfə 90-cı illərdə Bakıda verdiyim konsertlə izləyicilərin qarşısına çıxdım. Tamaşaçılarınız Türkiyədəki izləyicilərdən çox fərqlənirdi. Hər kəs əllərində çiçəklər, gözəl geyimlərini geyinib gəlmişdi. Musiqi zövqləri çox yaxşı idi. Türkiyədə də bu barədə çox danışmışdım".


Bu sözləri ötən axşam paytaxt Bakıda baş tutan konserti zamanı Çelik Erişçi deyib.



CITYNEWS.AZ xəbər verir ki, “Heydər Əliyev” adına sarayda Türkiyənin məşhur sənətçisi Çelik Erişçinin solo konserti baş tutub.

Ölkənin əsas konsert arenasında səhnəyə çıxan sənətçi bir-birinin ardınca sevilən hitlərini səsləndirib.

Konsertin gedişatı zamanı tez-tez tamaşaçılarla səmimi ünsiyyətə girən müğənni, tamaşaçıların arasına gələrək onlarla zarafatlar edib və mahnıları birgə oxuyub.

Çelikin səsləndirdiyi, repertuarında olan hit mahnıları böyük alqışlarla müşayət olunub, onu dinləməyə gələn pərəstişkarlar coşqulu anlar yaşayıblar. O, "Ayrılıq" adlı mahnımızı da özünəməxsus şəkil ifa edib.

Yadda qalan məqamlardan biri isə məşhurun azərbaycanlı fanatının ona albomlarının üz qapağının fotosu və Atatürkün musiqi barədə sözləri qeyd olunan tablo hədiyyə etməsi olub.

Konsertdən olan özəl görüntüləri təqdim edirik:


TURAL HÜSEYN
MAGAZINEWS.AZ