Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » Aygün Kazımova ilə Murad Arifdən “Çalxala” - VIDEO

Əsas / Maqazin

Aygün Kazımova ilə Murad Arifdən “Çalxala” - VIDEO



Xalq artisti Aygün Kazımova və Hitmaker Murad Arif günlərdir maraqla gözlənilən “Çalxala” adlı kliplərini təqdim edib.



CITYNEWS xəbər edir ki, ilk dəfə Murad Arifin “Solo” adlı konsertində səsləndirilən duet sosial şəbəkədə ən çox paylaşılan görüntülər sırasında yer alıb. Pop diva və Murad bir araya gələrək rəngarəng klip ərsəyə gətiriblər.

Kazımova ekran işi üçün bu dəfə də xüsusi hazırlaşıb. Pop divanın tərzi üzərində stilist Ruxa çalışıb.

Söz və musiqisi Murad Arifə məxsus olan mahnı üçün onlar 2 gün kamera qarşısında olublar. Mahnı Murad Arifin “Çalxala” adlı albomunun çıxış parçasıdır.

“Hesab edirəm ki, Aygün Kazımova ilə duet həm çoxdankı arzum, həm də yaradıcılığımın yeni mərhələsidir. Etiraz etməsə, silsilə duetlər yaradaram. Çünki onun işığını, enerjisini çox sevirəm! Ümumiyyətlə, dinamika və enerji baxımından uyğunluğumuzu hiss edirəm. Bəlkə də bu səbəbdən mahnı işıq üzü görmədən hit oldu. Müasir dövrdə çox nadir hadisədir ki, mahnı ilk dəfədən dillər əzbəri olsun. Bunu konsertimdən sonra hiss elədim. Sosial şəbəkələr dayanmır, hər kəs paylaşır” deyə, Murad duet haqda söyləyib.

Qeyd edək ki, klipi Delee Oruclu ekranlaşdırıb.