Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » İlham Əliyev Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib - YENİLƏNİB + FOTO

Əsas / Kino / Mədəniyyət / Siyasət

İlham Əliyev Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib - YENİLƏNİB + FOTO


Prezident İlham Əliyev Oqtay Mirəsədulla oğlu Mirqasımovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb. 

Sərəncama əsasən, O.Mirqasımov Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.

12:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də görkəmli kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, Xalq artistini təbrik edən Prezident İlham Əliyev deyib:

“Hörmətli Oqtay müəllim, bu gün sizin yubileyinizdir. Bu yubiley münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Siz uzun illərdir kino sənətinin inkişafında çox fəal işləyirsiniz. Son illər ərzində Azərbaycanda gördüyünüz işlər hamımızı çox sevindirir. Siz həm görkəmli rejissor kimi, həm pedaqoq kimi böyük şöhrət qazanmısınız. Azərbaycan kinosunun inkişafında sizin çox böyük rolunuz vardır”.

Oqtay Mirqasımov: “Minnətdaram”.



Prezident İlham Əliyev: “Eyni zamanda, ictimai həyatda da fəalsınız, həmişə öz vətəndaşlıq mövqeyinizi bəyan etmisiniz. Cəmiyyəti narahat edən məsələlərlə bağlı sizin dəyərli fikirləriniz çox böyük önəm daşıyır.

Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Siz 2003-cü ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf” ordeni ilə təltif olunmusunuz. Bu gün - yubileyiniz olan gündə siz Azərbaycan dövlətinin yüksək ordeni olan “İstiqlal” ordeni ilə təltif edilirsiniz. Mən sizi ürəkdən təbrik etmək və bu ordeni sizə təqdim etmək istəyirəm”.

Dövlətimizin başçısı “İstiqlal” ordenini Oqtay Mirqasımova təqdim edib.

Prezident İlham Əliyev: “Təbrik edirəm”.

Oqtay Mirqasımov: “Siz həm gözəl sərkərdə, gözəl siyasətçi, sözündən dönməyən kişisiniz. Bu keyfiyyətlər bizim üçün önəmlidir. Biz uşaqlıqdan belə böyümüşük - həmişə əsgər, qəhrəman bizim üçün kumir olub. Allah razı olsun. Siz böyük Heydər Əliyevin – atanızın oğlusunuz. Bu, çox böyük bir işdir və adama nə qədər ruh verir. Bunu hər kəs bilir”.

Prezident İlham Əliyev: “Çox sağ olun, təşəkkür edirəm. Xoş sözlərə görə minnətdaram”.