Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » Teatr Xadimləri İttifaqı Musiqili Teatrın aktrisasını mükafatlandırdı

Əsas / Teatr-Rəsm

Teatr Xadimləri İttifaqı Musiqili Teatrın aktrisasını mükafatlandırdı


Teatr Xadimləri İttifaqı Musiqili Teatrın aktrisasını mükafatlandırdı.



CITYNEWS xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası Gülcahan Salamova teatr sahəsində səmərəli fəaliyyətinə, eyni zamanda 60 illik yubileyi münasibətilə Teatr Xadimləri İttifaqının mükafatına layiq görülüb.

Aktrisanın iştirak etdiyi “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyasının nümayişindən sonra teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova onun səhnə fəaliyyətindən danışıb, daha sonra “Fəxri fərman”ı təqdim etmək üçün TXİ-nın məsul katibi Aida Qafarovanı səhnəyə dəvət edib.

Vaxtı ilə bu tamaşanın Naznazı, hazırda Səlbi (Naznazın anası) obrazının ifaçısı olan Gülcahan xanım ona göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına minnətdarlığını bildirib.  

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun rejissorluğu ilə yeni quruluşda hazırlanan səhnə əsərinin nümayişində Gülcahan Salamova ilə yanaşı, Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, İbrahim Əlizadə, Elnarə Nağdəliyeva, Nigar Qarayeva və başqaları da iştirak ediblər.