Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » Donbasda ölən azərbaycanlıların sayı açıqlandı - VİDEO

Əsas / Dünya

Donbasda ölən azərbaycanlıların sayı açıqlandı - VİDEO


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Rusiya ordusu tərəfindən Xarkov, Donetsk, Xerson, Zaporojye, Dnepropetrovsk, Odessa vilayətləri ballistik raket hücumlarına məruz qalıb. Hücum nəticəsində həlak olan və yaralananlar var.

Qeyd edilib ki, xüsusilə Donetsk və Zaporojyedə ağır döyüşlər gedir. Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Zaporojyedə daha yeddi yaşayış məntəqəsi azad edilib.


M.Aslanov bildirib ki, Donetsk vilayətində vəziyyət olduqca gərgindir. Orada bir müddət əvvəl itkin düşən azərbaycanlıların meyitləri tapılıb:

“Onlar – Ruslan Ağayev, həyat yoldaşı Svetlana Ağayeva və onların qohumu Şahin Məmmədovdur. Bununla da Donbas istiqamətində həlak olan azərbaycanlıların sayı 25-ə çatıb”.

Daha ətraflı Baku TV-nin süjetində: