Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » Sualtı qayıqda itənlər 250 min ödəyərək “Titanik”i görmək istəyiblər - Yenilənib

Əsas / Dünya / Hadisə

Sualtı qayıqda itənlər 250 min ödəyərək “Titanik”i görmək istəyiblər - Yenilənib


Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə aparan sualtı qayıq itib.


“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, qayıqda neçə nəfərin olduğu hələ məlum olmasa da, hazırda ABŞ-nin Boston Sahil Mühafizəsi tərəfindən axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Bildirilib ki, bazar günü səhər itən qayığın 96 saat davam etmək imkanına malik oksigen ehtiyatı var.

Əgər sualtı qayığın oksigen təchizatı zədələnməyibsə, ekipaj üzvlərinin sağ qalmaq üçün cümə axşamı Böyük Britaniya vaxtı ilə səhər saat 6-ya qədər vaxtı olacaq.

Dünən gecə axtarışları koordinasiya etməyə kömək üçün admiral Con Mauqer bildirib ki, ABŞ Sahil Mühafizəsi sualtı qayığı tapmaq üçün mümkün qədər çox çalışır:

“Biz mümkün qədər çox çalışırıq. Bazar günü günortadan sonra bizə xəbər verildi. Qayığı tapmaq üçün həm suyun səthində, həm də suyun altında axtarış aparırıq. Bizim ərazidə okean dibini araşdıran avadanlıqlarımız yoxdur. Çoxlu zibil var, ona görə tapmaq çətin olacaq. Hazırda imkanlarımız yoxdur”.

O, qayığın dağıntılar arasında ilişib qala biləcəyini etiraf edib və belə olduğu təqdirdə Sahil Mühafizəsinin ona çatmaq imkanlarının olmadığını söyləyib.

Mauqer gəminin “Titanik”in dağıntıları arasında dolaşa biləcəyini də etiraf edib.

Həmçinin itkin düşənlər arasında Ceff Bezosun “Blue Origin” raketi ilə kosmosa uçan britaniyalı milyarder və tədqiqatçı Hamiş Hardinq də var. Onun qayığın göyərtəsində olması ailəsi tərəfindən təsdiqlənib.



“The Mirror” nəşri bildirib ki, sualtı qayıqda “OceanGate Expeditions” şirkətinin Baş direktoru Stockton Rush da yer alıb.

Bu kimi turlarda “Titanik” qalıqlarını görmək üçün şirkətin təşkil etdiyi 8 günlük turun qiymətinin adambaşına 250 min dollar olduğu məlum olub.

“Titanik”in dağıntıları arasından çıxmaq təxminən 8 saat çəkir.

Qeyd edək ki, “Titanik” gəmisi bundan 111 il öncə, 1912-ci ildə batıb.

***

BBC xəbər verir ki, ABŞ və Kanadanın axtarış qrupları gecəboyu turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə apararkən itən sualtı qayığı axtarıblar. 

Xilasetmə əməliyyatı Atlantik okeanının mərkəzində davam etsə də, gəmidən indiyədək heç bir əlamət aşkarlanmayıb.

Hazırda hər iki ölkənin dövlət qurumları, donanması və dəniz kommersiya şirkətləri xilasetmə əməliyyatına kömək edirlər. Gəminin axtarışında hərbi təyyarələrdən, sualtı qayıqlardan istifadə olunur.

Axtarış qrupunun mütəxəssisləri bildirilib ki, kiçik sualtı qayıqla GPS və ya radio sistemləri ilə əlaqə mövcud deyil, çünki heç biri su altında işləmir.