Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » Musiqili Teatrın kollektivi Gəncədə uğurla çıxış edib

Əsas / Teatr-Rəsm

Musiqili Teatrın kollektivi Gəncədə uğurla çıxış edib


"Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının "Sən elə bir zirvəsən!" adlı musiqili tarixi-esse kimi hazırladığı tamaşası Gəncədə uğurla nümayiş olunub.


CITYNEWS xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Filarmoniyasında keçirilən bu tamaşada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Razi Nurullayev, Müşfiq Cəfərov, Türkiyənin Gəncədəki vitse-konsulu, İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri qonaq qismində iştirak ediblər.


Tamaşada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər salınıb.


Layihənin rəhbəri Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru teatrın baş dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri teatrın baş xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri teatrın baş baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.


Teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallının, həmçinin teatrın xor və balet heyətinin üzvlərinin maraqlı çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.