Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » Konfrans Liqası: Azərbaycan təmsilçilərinin rəqibləri məlum oldu - YENİLƏNİB

Əsas / İdman

Konfrans Liqası: Azərbaycan təmsilçilərinin rəqibləri məlum oldu - YENİLƏNİB


UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.


Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.

“Neftçi” “Jelezniçar” (Bosniya və Herseqovina) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. “Ağ-qaralar” ilk oyunu səfərdə keçirəcəklər.

“Qəbələ” Kipr təmsilçisi “Omoniya”ya rəqib olub. “Qırmızı-qaralar” ilk olaraq evdə meydana çıxacaqlar.

“Sabah” isə “Makedoniya GP” (Şimali Makedoniya) - RFS (Latviya) cütünün güclüsü ilə qarşılaşacaq. “Futuristlər” ilk oyunu səfərdə keçirəcəklər.

11:53

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatması öncəsi klubları qruplara bölüb.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçilərinin də mümkün potensial rəqiblərinin sayı azalıb.

Püşkdə səpələnmişlər səbətində yer alacaq “Neftçi” ilk raundda “Voyvodina” (Serbiya), “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi, “Debretsen” (Macarıstan) və ya “ÇSKA 1948”lə (Bolqarıstan) üz-üzə gələcək.

Səpələnməmişlərdən olan “Sabah” ÇFR (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Legiya” (Polşa), “Dunayska Streda” (Slovakiya) - “Dila” (Gürcüstan) cütünün qalibi və ya “Makedoniya GP” (Şimali Makedoniya) - RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qəbələ” isə “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan), “Omoniya” (Kipr), “Vaduts” (Lixtenşteyn) - “Neman” (Belarus) cütünün qalibi və ya “Hegelman” (Litva”) - “Şkupi” (Şimali Makedoniya) cütünün qalibinə rəqib olacaq.



Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

09:16

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edəcək “Neftçi”, “Qəbələ” və “Sabah”ın rəqibləri məlum olacaq.

Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

II raundun 90 komandasından 59-u məlumdur. Digər 31 klub I təsnifat mərhələsindən gələcək. İlk duellərin qaliblərindən 14-ü səpələnmişlər, 17-si isə səpələnməmişlər səbətində olacaq.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi

Səpələnmişlər: I təsnifat mərhələsindən gələcək 14 cütün qalibi, “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), ÇFR (Rumıniya), “Midtüllan” (Danimarka), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), ÇSKA (Sofiya, Bolqarıstan), “Tvente” (Niderland), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya, AEK (Larnaka, Kipr), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Hibernian” (Şotlandiya), “Aris” (Saloniki, Yunanıstan), “Austriya” (Avstriya);

Səpələnməmişlər: I təsnifat mərhələsindən gələcək 17 cütün qalibi, “Petrokub” (Moldova), “Drita” (Kosovo), Voyvodina” (Serbiya), “Adana Demirspor” (Türkiyə), “Lütsern” (İsveçrə), “Vorskla” (Ukrayna), “Bohemians” (Çexiya), “Orxus” (Danimarka), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Levski” (Bolqarıstan), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Borats” (Bosniya və Herseqovina), “ÇSKA 1948” (Bolqarıstan), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo BelAZ” (Belarus). /Oxu.az/