Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi Azərbaycana səfər edib - FOTO

Əsas / Ordu

Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi Azərbaycana səfər edib - FOTO


Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi general Quntis Puyatsın rəhbərlik etdiyi nümayəndə heyəti 19-22 iyun tarixlərində ölkəmizdə rəsmi səfərdə olub.

Bu barədə DSX-dan məlumat verilib.

Bildirilib ki, qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyub, ulu öndərin ruhuna hörmət və ehtiramlarını bildiriblər. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad edilərək məzarları üzərinə güllər düzülüb.

Dövlət Sərhəd Xidmətinin aparatında rəsmi qarşılanma mərasimi təşkil olunub, general Quntis Puyats fəxri qarovul dəstəsinin önündən keçib, “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.

Görüşün rəsmi hissəsində Azərbaycan sərhəd mühafizəsi sisteminə dair təqdimat keçirilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması vurğulanıb, həmçinin azad edilmiş ərazilərdə dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.



Müzakirələr zamanı ikitərəfli və beynəlxalq əməkdaşlıq çərçivəsində qurumlar arasında icra edilmiş birgə fəaliyyətlərə nəzər salınıb, ölkələrimizin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunub, sərhəd təhlükəsizliyi üzrə qarşılıqlı maraq kəsb edən istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

Səfər proqramına uyğun olaraq, qonaqlar Dövlət Sərhəd Xidmətinin Akademiyası və Naxçıvan əlahiddə sərhəd diviziyasında olub, struktur qurumların xidməti-döyüş fəaliyyəti, maddi-texniki bazaları ilə yaxından tanış ediliblər.

Səfər müddətində nümayəndə heyəti ölkəmizin tarixi-mədəni yerləri və abidələrini də ziyarət ediblər.