Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » CinemaPlus-da “Əyləncəli səyahət”adlı macəralı komediya

Əsas / Kino

CinemaPlus-da “Əyləncəli səyahət”adlı macəralı komediya


“CinemaPlus” kinoteatrlar şəbəkəsində, iyulun 6-dan etibarən “Əyləncəli səyahət” (JOY RIDE) adlı möhtəşəm və macəralı Amerika filminin nümayişi başlayır.


Hollivud komediyasının prodüseri, məşhur ssenarist və aktyor Set Rogendir. Onunla birlikdə əfsanəvi “Superbad”, “The Boys”, “Pam & Tommy” kimi qlobal hitlərə imza atmış Evan Qoldberq bu filmdə də ortaq müəllif və ortaq prodüserdir. Karyerasında ilk dəfə olaraq Rogen, qızlara yönəlmiş bir layihə həyata keçirdi.


Məşhur aktyor/prodüser“Mən ayda yüzlərlə ssenari alıram, oxuyuram, lakin “Əyləncəli səyahət”-in ssenarisi şəxsən mənim üçün istənilən pulu ödəməyə hazır olduğum bir ssenari idi! O, çox gülməli və eyni zamanda ürəkdən yazılmışdır ki, bu da, şübhəsiz  hər bir prodüser üçün böyük uğurdur”deyərək, SXSW festivalı çərçivəsində keçirilən filmin premyerası zamanı fikirlərini bölüşdü.


Qızların macəralarından bəhs edən komediya filminin rejissoru, ssenari müəllifi və prodüseri Adel Lim olub. Onun Hollivuddakı böyük uğurlarından biri məşhur “Crazy Rich Asians” filmi hesab olunur (dünya üzrə gəlir 238 milyon dollar olmuşdur). Limin rejissorluq debütünü etdiyi növbəti layihəsi- Disneyin animasiya blokbasteri “Raya və Son Əjdaha” idi.


Film unudulmaz səyahətə çıxan dörd rəfiqənin həyəcanlı və gülüş dolu macəralarından bəhs edir! Odrinin (Eşli Park) işgüzar səfəri uğursuzluğa düçar olanda o, kömək üçün ən yaxın rəfiqəsi Loloya (Şerri Kola), Çin televiziya ulduzuna çevrilmiş kollec rəfiqəsi Ketiyə (Stefani Syui) və Lolanın ekssentrik əmisi qızı Mamiyə (Sabrina Vu) müraciət edir. Dörd dost birlikdə Asiya üzrə səyahətə çıxırlar və yol boyu özünü qəbul edib, sevməyin nə demək olduğunun kəşf edirlər.


Baş qəhrəman Obrini “Emily in Paris” şousunda baş roldan sonra tamaşaçıların aşiq olduğu aktrisa, rəqqasə və müğənni Eşli Park canlandırıb. Brodvey musiqili layihəsi “Mean Girls”-da roluna görə Eşli Park nüfuzlu “Tony” Mükafatına namizəd olmuşdur.


Onun rəfiqəsi Ket rolunu isə, “ailəvi seriallar” ulduzu, Stefani Syu canlandırır. O, bu il məşhur elmi-fantastik komediya “Hər şey hər yerdə və bir anda” filmində baş qəhrəman Mişel Yeohun qızı roluna görə “Oskar” mükafatına namizəd olub. Syu həmçinin "Möcüzəli missis Meysel" layihəsində və “Şan-Çi və on halqa əfsanəsi” super qəhrəman blokbaster filmlərində rolları ilə tanınır.

Rotten Tomatoes-da “Əyləncəli səyahət” (JOY RIDE) reytinqi heç vaxt  aşağı düşmür,ilk izləyicilər isə ona inamla yüksək qiymət verirlər.


“Əyləncəli səyahət” istirahət etmək və müsbət enerjilə yüklənmək istəyənlər üçün mükəmməl bir filmdir.


CinemaPlus kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.