Valyuta məzənnəsi:
01:10 AVRO-2024: Fransadan heç-heçə, Ukrayna və Avstriya qalib gəldi - YENİLƏNİB  |     19:50 Netanyahunun müşaviri Ermənistanı təhdid etdi  |     18:04 Nazilə Səfərlinin başına iş gəldi - VİDEO  |     18:00 Eddi “Neftçi”-dən getdi  |     14:02 İlham Əliyev və Mehriban Əliyeva Nəbatat Bağında görülən işlərlə tanış olublar  |     14:00 Bu sürücülər 100 manat cərimə ediləcək  |     00:24 Efirdə aparıcı ilə ekspert arasında GƏRGİNLİK - VİDEO  |     17:48 Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO  |     17:47 İlham Əliyev daxili işlər orqanları ilə bağlı iki sənədə dəyişiklik etdi  |     15:50 Mbappe üçün 1200 avroluq maska hazırlanacaq  |     15:00 Səhnədə konsert verən Dilarəni alqışlamaq əvəzinə, Sagopanı SƏHNƏYƏ ÇAĞIRDILAR - VİDEO  |     14:24 Vəli İsrafilov Paris-2024-də!  |     14:21 Türkiyə - Portuqaliya oyununu o idarə edəcək  |     13:35 Sonaxanımın bu hərəkəti QINANDI - VİDEO  |     13:23 Azərbaycan FİFA reytinqində irəlilədi  |     12:20 Gimnastlardan İtaliyada 13 medal  |     11:50 Gənc qız ona əxlaqsız təklif edən kişini belə İFŞA ETDİ - VİDEO  |     11:33 Ələkbər efirdə ginekoloqu ürək həkimi ilə SƏHV SALDI - VİDEO  |     11:15 FİFA reytinqində ilk: Azərbaycan 29-cu pillədə  |     11:07 Bu avtobusların sərnişinlərinin nəzərinə! - FOTO  |    
CityNews.az » Əsas » Cavanşir Məmmədovla Lalə Azərtaş arasında gərgin anlar

Əsas / Maqazin / Cəmiyyət / Son xəbərlər

Cavanşir Məmmədovla Lalə Azərtaş arasında gərgin anlar


Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Lalə Azərtaş arasında gərgin anlar yaşanıb.


Axşam.az xəbər verir ki, buna səbəb müğənninin aparıcının ünvanına ittihamlar səsləndirməsi olub. Belə ki, C.Məmmədov keçmiş kürəkəni Kemal Mustafanın "Təsir dairəsi" verilişinə kiminsə tapşırığı ilə çıxdığını deyib.

İfaçının "Mən bilirəm sizə kim deyib onu efirə çıxardın" sözləri aparıcını özündən çıxardıb.

C.Məmmədov bildirib ki, L.Azərtaş Mustafanı efirə çıxartmaq üçün rüşvət alıb:

"Bura aylarla gələn var efirə çıxa bilmir, Kamal 15 dəqiqənin içində efirə çıxıb? Yazıqlar gəlib oturur. Qapıdan girəndə nə qədər adam üstümə qaçır ki, Lalə xanıma deyin məni efirə çıxartsın".

Aparıcı isə ona "Mədəniyyətimi qoruyuramsa, bu çərçivədə danışacağıq. Elə edəcəksiniz ki, otaqda dediklərinizin səs yazısını yayımlayım. Qızını və siz verilişdən sonra otağa gəlib dediniz ki, mövzu bağlansın. Allah bilir ki, heç kimin sözü ilə insanlara qapı açmıram. Heç kimin zəngi ilə də mövzu bağlamıram. Bizim verilişdə kim gəlib çıxa bilməyib? Adam 2 ay içində məktub yazıb. Kim olduğunu bilmirdim. Bilsəydim də çağırardım" cavabını verib.

C.Məmmədov "Otaqda olanları yayımlayın" deməsinə Lalə "Bilirsiniz yayımlasam nələr olacaq? Siz ona cinayətkar deyə bilməzsiniz, məhkəmə qərarı yoxdur" reaksiyasını verib.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.