Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » 42 azərbaycanlı hərbçi Türkiyədə diplom aldı - FOTO

Əsas / Son xəbərlər / Ordu

42 azərbaycanlı hərbçi Türkiyədə diplom aldı - FOTO


Türkiyə Milli Müdafiə Universitetinin növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Türkiyə Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin edən hərbi təhsil müəssisəsindən 19 ölkəni təmsil edən 91 hərbi qulluqçu da daxil olmaqla ümumilikdə 249 hərbi qulluqçu məzun adını qazanıb.

Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, təhsil proqramı üzrə “Qərargahın idarə edilməsi” və “Qərargah zabitinin hazırlığı” kurslarını müvəffəqiyyətlə bitirən Azərbaycan Silahlı Qüvvələrinin 42 hərbi qulluqçusuna diplomlar təqdim edilib.



Tədbirdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov azərbaycanlı zabitlərlə görüşərək onları Türkiyənin nüfuzlu hərbi təhsil müəssisəsindən məzun olmaları münasibətilə təbrik edib. Hərbi attaşe onların ölkə xaricində aldığı biliklərlə yüksəkixtisaslı kadr kimi Azərbaycan Silahlı Qüvvələrinin dayanıqlı inkişafına töhfə verəcəklərinə əminliyini vurğulayaraq zabitlərimizə Azərbaycan Ordusunun müdafiə qüdrətinin inkişafı naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Türkiyə milli müdafiə naziri Yaşar Güler və qoşun növü komandanlarının müşayiəti ilə buraxılış mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edərək, onlara ən səmimi arzularını çatdırıb.