Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » ASAN xidmətin nümayəndə heyətinin Uqandaya səfəri davam edir

Əsas / Son xəbərlər / Siyasət / Dünya

ASAN xidmətin nümayəndə heyətinin Uqandaya səfəri davam edir


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Uqanda Respublikasına səfəri davam edir.



CITYNEWS xəbər verir ki, səfər çərçivəsində Uqandanın Xarici İşlər Nazirliyinin, Dövlət Xidmətləri Nazirliyinin, İnformasiya Kommunikasiya Texnogiyaları Nazirliyinin rəhbərləri ilə görüşlər keçirilib. Müzakirələr zamanı ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Uqanda tərəfi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbrikini çatdırıb. Həmçinin 2018-ci ildə Dövlət Agentliyi ilə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev öz növbəsində ölkəmizdən sonra Qoşulmama Hərəkatına sədrliyi təhvil alacaq Uqanda Respublikasına uğurlar arzulayıb. Dövlət Agentliyinin sədri iki ölkə arasında dövlət xidmətləri sahəsində münasibətlərin bundan sonra daha da inkişaf edəcəyini qeyd edib.

Görüşlərdə ölkəmizdə dövlət xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı tətbiq olunan innovasiyalar, startap ekosisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə geniş təqdimat edilib. Ölkəmizdə dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində tətbiq edilən proqramların, informasiya texnologiyaları məhsullarının Uqandada da tətbiqi ilə bağlı razılıq əldə olunub.  

Nümayəndə heyəti Uqandanın İnvestisiya Qurumunda və Qeydiyyat Xidməti Mərkəzində həyata keçirilən xidmətlərlə də tanış olub.