Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » Azərbaycan Kinosu Günü münasibətilə “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək

Əsas / Son xəbərlər / Kino

Azərbaycan Kinosu Günü münasibətilə “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək


Bildiyiniz kimi 2 avqust kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günüdür. Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyası ilə birgə avqustun 3-dən 10-dək “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” təşkil olunacaq. 


CITYNews.Az xəbər verir ki, retrospektiv baxış müddətində CinemaPlus kinoteatrlar şəbəkəsində aşağıdakı filmlərin nümayişi nəzərdə tutulmuşdur.


  1. “Arşın  mal alan” 

          Rejissorlar: Rza Təhmasib, Nikolay Leşşenko.

          1945- ci il. Bakı kinostudiyası.

  1. “Bəxtiyar” 

         Rejissor: Lətif   Səfərov.

        1955- ci il. Bakı kinostudiyası.

  1. “O olmasın,   bu olsun” 

          Rejissor: Hüseyn Seyidzadə.

           1956-cı il. Bakı kinostudiyası.

  1. “Ögey  ana” 

        Rejissor: Həbib İsmayılov.

         1958-ci il. Bakı kinostudiyası.

  1. “Uzaq sahillərdə” 

         Rejissor: Tofiq Tağızadə.

         1958-ci il. Bakı kinostudiyası.

  1. “Əhməd haradadır? ” 

        Rejissor: Adil İsgəndərov.

        1963- cü il. “Azərbaycanfilm” k/st.

  1. “Sehrli xalat” 

        Rejissor: Əlisəttar Atakişiyev.

        1964- cü il. “Azərbaycanfilm” k/st.

  1. “Bir cənub şəhərində” 

       Rejissor: Eldar Quliyev. 

          1969-cu il. “Azərbaycanfilm” k/st.

  1. “Bizim Cəbiş müəllim” 

        Rejissor: Həsən Seyidbəyli.             

        1969-cu il. “Azərbaycanfilm” k/st.

  1.  “Şərikli çörək” 

        Rejissor: Şamil Mahmudbəyov. 

         1969-cu il. “Azərbaycanfilm” k/st.  

  1.  “Axırıncı aşırım” 

       Rejissor: Kamil   Rüstəmbəyov. 

        1971-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Gün keçdi” 

          Rejissor: Arif Babayev.

           1971-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Nəsimi” 

        Rejissor: Həsən   Seyidbəyli.

         1973-cü il. “Azərbaycanfilm” k/st.

  1.  “Əzablı yollar” 

         Rejissor: Tofiq İsmayılov.

           1982-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Evlənmək istəyirəm” 

         Rejissor: Cahangir Mehdiyev

         1983-cü il. “Azərbaycanfilm” k/st.

  1.  “Bəyin oğurlanması” 

         Rejissorlar: Ceyhun Mirzəyev, Vaqif Mustafayev.

         1985-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Cin mikrorayonda” 

       Rejissor: Oqtay Mirqasımov.

       1985-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Atları yəhərləyin”  

         Rejissorlar: Əbdül Mahmudov, Həsən Turabov.

         1985-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Süd dişinin ağrısı” 

           Rejissor: Hüseyn Mehdiyev.

          1987-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Yaramaz” 

        Rejissor: Vaqif Mustafayev.

       1988-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Ölsəm... bağışla” 

         Rejissor: Rasim Ocaqov.

         1989-cu il. “Azərbaycanfilm” k/st.


Qeyd etmək istərdik ki, giriş sərbəstdir. 


“CinemaPlus” bütün kinosevərlər və milli kinomuza dəyər verənləri səbirsizliklə gözləyir.


Ətraflı məlumat “CinemaPlus”un sosial şəbəkə hesablarında və kinoteatrın saytında qeyd olunacaq.