İlham Əliyev Bakıda beynəlxalq konfransda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
...
Əsas / Son xəbərlər / Siyasət / Dünya
Niger Prezidenti Məhəmməd Bazum çevrilişdən sonra istefa vermək niyyətində deyil, danışıqlar davam edir.
Bu barədə “Associated Press” agentliyi Prezidentə yaxın mənbəyə istinadən bildirib.
Danışıqlarda kimin iştirak etdiyi məlum deyil. Bugünkü gün ölkənin kim tərəfindən idarə edildiyi də bəlli deyil. Qiyamçılar öz liderlərini irəli sürməyiblər, Bazum isə istefa verməkdən imtina edir.
Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.