Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » CinemaPlus-da “Barbenheimer” fenomenal ajiotaj yaratdı

Əsas / Son xəbərlər / Kino

CinemaPlus-da “Barbenheimer” fenomenal ajiotaj yaratdı


“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi tarixi hadisəni qeyd edir – eyni gündə böyük ekranlarda nümayiş olunan “Barbi” və “Oppenheymer” filmləri. Bu kinohadisə ilin ən səs-küylü fenomeninə çevrildi. Tamaşaçılar hər iki filmi eyni gündə qiymətləndirə bilmək üçün bilet alırlar. Onlar “CinemaPlus” kinoteatrlar şəbəkəsinə çəhrayı və qara rəngli geyimlərdə gəlirlər.


Təkcə ilk həftədə Marqo Robbi və Rayn Qoslinq-in rol aldığı “Barbi” dünya üzrə təxminən 530 milyon dollar gəlir əldə edib. “Oppenheymer” ilk həftəsində 265 milyon dollardan çox gəlir əldə etdi. Ancaq kassa baxımından qalibi müəyyən etmək üçün filmləri müqayisə etmək düzgün olmazdı. Çünki “Barbi” dünyada bir çox nəsillərə məlum olan oyuncaq əsasında qurulub və film uşaqlarla rahat izlənilə bilər. “Oppenheymer” isə R reytinqli kimi qiymətləndirilən (17 yaşdan aşağı izləyicilərə valideyn müşaiyəti tələb olunur) fizika haqqında üç saatlıq biopikdir.


Real hadisələr əsasında çəkilən Oppenheymer” bioqrafik filmi. 

Bu hekayə II Dünya Müharibəsi illərində onun rəhbərliyi altında atom bombası yaradılmış amerikalı fizikin həyatından bəhs edir.

Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-da, sonra isə bütün dünyada “nüvə bombasının atası” adlandırılmağa başladılar.

Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır. 

Baş rolu Killian Merfi canlandırıb, həmçinin Robert Dauni Jr., Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar.

Filmin büdcəsi 100 milyon dollardır.

CinemaPlus kinoteatrlar şəbəkəsində film 2 dildə nümayiş olunur: rus və ingilis.

 

“Mattel” şitkətinin Barbi oyuncaqları seriyası əsasında Barbi” komediya filmi.

Filmin rejissoru Qreta Qerviqdir. Barbi və Ken rollarını Margo Robbi və Rayan Qoslinq canlandırıblar. Həmçinin rollarda Uvill Ferrell, Emma Makey, Simu Lyu və başqaları çəkilib.

Barbi gözəllik standartlarına uyğun olmadığı üçün “Barbieland”-dən qovulur. Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir.

Filmin büdcəsi 145 milyon dollardır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində film 3 dildə nümayiş olunur: türk, rus və ingilis.

“CinemaPlus” kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.