Valyuta məzənnəsi:
12:00 Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident və birinci xanım iştirak ediblər  |     11:19 Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”  |     16:04 “Bəs, nə oldu?” deyirdiniz...  |     22:27 Məşhur müğənni qayınanası və qayınatasını ÜZƏ ÇIXARDI - FOTO  |     20:49 Premyer Liqa: "Səbail" - "Sabah" 4 qol vuruldu  |     18:16 Ülvira bu verilişlə qayıdır  |     15:06 Dünyanın ən gözəl müsəlman qadını seçildi - FOTOlar  |     12:31 Taksi sürücüsünün videosunu paylaşan müğənnini hansı cəza gözləyir?  |     10:20 500 milyonluq mirasını xeyriyyə təşkilatına bağışlayacaq  |     22:54 "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi  |     22:30 Putin orduya çağırışla bağlı fərman imzaladı  |     22:10 Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO  |     15:20 UEFA "Qarabağ"ın kapitanını təbrik etdi - FOTO  |     11:06 Bu tarixdə toyu olacaq - FOTO  |     09:20 Namiq Qaraçuxurlu ƏSƏBİLƏŞDİ: "Şərəfsizlikdir" - FOTO  |     08:35 “CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin Qala gecəsi anşlaqla keçirildi  |     23:15 Qənirə Paşayevanın son müsahibəsi - VİDEO  |     22:10 Qənirə Paşayevanın dəfn yeri açıqlandı  |     20:35 Qənirə Paşayeva vəfat etdi  |     20:15 ATB-nin İsrail Nümayəndəliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib  |    
CityNews.az » Əsas » Azərbaycan Premyer Liqasında son altı mövsümün ən məhsuldar startı

Əsas / Son xəbərlər / İdman

Azərbaycan Premyer Liqasında son altı mövsümün ən məhsuldar startı


Azərbaycan Premyer Liqasının 2023/24 mövsümü məhsuldar başlayıb.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, I turun beş oyununda 15 qol qeydə alınıb. “Səbail” - “Sumqayıt” (1:4) və “Sabah” - “Qəbələ” (5:0) görüşlərinin hərəsində beş, “Araz-Naxçıvan” - “Turan Tovuz” (0:3) matçında üç, “Qarabağ” - “Zirə” (0:1) və “Kəpəz” - “Neftçi” (1:0) oyunlarında bir top vurulub.

İlk turda orta məhsuldarlıq 3,00-ə bərabər olub. Bu, son altı mövsüm üçün ən məhsuldar startdır. Daha yüksək göstərici sonuncu dəfə 2017/18 mövsümündə qeydə alınıb. Orta məhsuldarlığın 3,25 olduğu ilk turun dörd matçında 13 qol vurulub.



Həmin vaxt “Neftçi” - “Qarabağ” (1:3) oyununda dörd, “İnter” - “Qəbələ” (1:2), “Sumqayıt” - “Kəpəz” və “Zirə” - “Səbail” (hər ikisi 2:1) matçlarının hərəsində üç qol vurulub.