Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Mədəniyyət » Kino » “Yaraşıqlı, pis, əclaf” filmi azərbaycan dilində “CinemaPlus”da

Kino / Cəmiyyət

“Yaraşıqlı, pis, əclaf” filmi azərbaycan dilində “CinemaPlus”da


“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə “Yaraşıqlı, pis, əclaf” filminin azərbaycan dilində nümayişi keçirilib.

Film real hadisələr əsasında çəkilib və ən qəddar qatillərin birindən bəhs edir.

Filmi Əlixan Rəcəbov, Günel Məmmədova, Emin Nəsirli, Azadə Abbasova, Təranə Ocaqverdiyeva, Vüsal Həci-Qədir, Rəhim Rəhimov, Aysun Ələskərova, Samir Ələskərov, Vügar Hüseynov, Ofeliya Novruzqızı, Erkin Ergin, Ərtoğrul Kamalov, Aytac Vəlibəyli, Pərviz Bağırov, Azər Abdullayev və Gülnarə Zulalova səsləndiriblər.

Dublyajın rejissoru Samir Ələskərov, baş redaktoru Vüqar Hüseynov, tərcümə və redaktoru Vüsal Əhmədzadə, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru isə Co Berlingerdir.

Baş rollarda Zak Efron, Lili Kolinz və Con Malkoviç çəkilib.

Film haqqında qısa məlumat: Ted Bandi, yaraşıqlı və xarizmatikdir, onu görən qızlar lap özlərini itirirlər. Əsl məhəbbət arzusunda olan Elizabet də onlardan biridir, o, ilk baxışdan Tedə vurulur. Xoşbəxtliyin zirvəsində olduğunu zənn edən vaxt Ted həbs olunur – onu, qadınları xüsusi amansızlıqla öldürməkdə ittiham edirlər. Zərif, ağıllı və mədəni bir oğlan – qəddar manyak ola bilərmi? Sevimli və əziz Ted… Kimdir o? Yaraşıqlı kişi, sevimli ata, yoxsa Amerika tarixinin ən qəddar cinayətkarı?

Tədbirin təşkilində dəstək olmuşdular: “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution və “Keyf-i Dem” restoranı.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.